İmişli camaatı əkin sahələrini sulamağa su tapmır

İmişli camaatı əkin sahələrini sulamağa su tapmır
 
Paralel.az xəbər verir ki, İmişli rayon sakini Elşən Şükür Şəmmədli əkin sahəsini suvara bilmədiyinə görə aidyyəti orqanlardan narazıdır.
Onun sözlərinə görə, mart ayında əkdiyi əkin sahəsini suvara bilməyb.

Elşən Şəmmədli deyir ki; "Mərsiyə deyib ağlamaqdan başqa əlimizdən heç nə gəlmir. Çünki "kişilərin" hər şeyi var. Azərsu adlanan şirkətin əkin sahələrinin suvarılmasından artıq qalan suyu da rayonumuzun cibi dolu, kreslo sahibi olan "kişi"lərinin əkin sahəsinin suvarılmasına yönləndirirlər. Sadə vətəndaş isə rəhmətlik Mirzə Ələkbər Sabirin təbirincə desək - "su olmasa qarı əridər, lazım olsa marı da yeyər..."
Təki, məmurların rahatlığı pozulmasın...
Dövlətin vətəndaşa dəstəyi məncə belə də olmamalıdır...
Əkin sahəsi üçün dövlətin verdiyi 5-10 manat subsidiyanı sahibkarlara dəstək kimi reklam edən müvafiq icra hakimiyyəti orqanı su olmadan Kənd təsərrüfatını inkişaf etdirməyin yolunu deyəsən yaxşı tapıbsınız. Çox yaşa Kral,çox yaşa...."
 
Şahnaz Salehqızı
0.015684127807617