SOCAR-da bədbəxt hadisə baş verməyib!
Paralel.az xəbər verir ki, sosial şəbəkələrdə dəniz özüllərinin birində bədbəxt hadisənin baş verməsi barədə məlumat yayılıb.
SOCAR isə ilkin açıqlamasında bildirdi ki, onun istismar etdiyi dəniz özüllərinin heç birində qəza baş verməyib, əməliyyatlar normal rejimdə davam edir: "SOCAR-ın dənizdə işləyən əməkdaşlarına hər hansı zərər dəyməyib". SOCAR-ın dəqiqləşdirilmiş məlumatında isə deyilir: "Sorğulara əsasən apardığımız araşdırma nəticəsində dəqiqləşdirdik ki, Səngəçal qəsəbəsinin yaxınlığında istismardan çıxarılmış bir özüldə metal qırıntılarının yığılmasını həyata keçirən və SOCAR-a aid olmayan şirkətlərdən birində bədbəxt hadisənin baş verməsi haqqında ilkin məlumat əldə etmişik".
Akif