DSMF-də işdən çıxarılan xadimə “Paralel TV”-yə müraciət etdi - işdən qanunsuz azadetmə...

DSMF-də işdən çıxarılan xadimə “Paralel TV”-yə müraciət etdi - işdən qanunsuz azadetmə...
 

DSMF-də vətəndaşlara süpügəçi işləməyə də imkan verilmir

Bir neçə gündür redaksiyamıza zəng edib, görüşmək istəyən Əsgərova Təranə Yaqub qızı Tərtər rayonunun Seydimli kənd sakini olsa da, bir tikə çörək qazanmaq üçün rayondan Bakıya işləməyə gəlib.

İstirahət günü olsa da, Təranə Əsgərovanın şikayətini dinləmək üçün redaksiyaya gəldik. Təranə Əsgərobanın şikayətini dinlədikdən sonra məlum oldu ki, o, 18 ildir H. Zərdabi küçəsi 80 ünvanında yerləşən Himalay Məmişovun rəhbərlik etdiyi DSMF-nin həyətində süpürgəçi işləyir və heç bir səbəb göstərmədən onu işdən çıxarıblar.

Təranə Əsgərova işdənçıxma hadisəsinin baş verdiyi anı belə təsvir etdi ki, qəflətən onu kadrlar şöbəsinə dəvət ediblər və deyiblər ki, bir neçə işçinin sənədi itib, həmin sənədləri tapmaq üçün kağızı imzalamaq lazımdır. O da ona verilən kağızı imzalayıb. Ertəsigün isə kadrlar şöbəsindən T. Əsgərovaya bildiriblər ki, idarənin onunla bağladığı əmək müqaviləsinə xitam verildiyinə görə, o, işdən azad olunub.

T. Əsgərovanın dediyinə görə, işdən azad olunduğunu eşidən kimi, o, huşunu itirərək yerə yıxılıb və tibbi yardım göstərmək üçün çağrılan təcili tibbi yardımın köməyilə xeyli sonra özünə gəlib.

T. Əsgərova ilə söhbət zamanı məlum oldu ki, onun azsavadlı və ciddi ehtiyac içərisində olmasından sui-istifadə edən vicdansız məmurlar xanımın əmək hüququnu vandalcasına pozublar.

Uzun axtarışdan sonra DSMF-nun mətbuat xidmətilə əlaqə yaratmaq mümükün oldu. Mətbuat xidmətinin rəhbəri Rəşad Mehdililə söhbətdən məlum oldu ki, T. Əsgərovanın xadimə vəzifəsindən azad olunmasından məlumatı yoxdur.

Ona görə razılaşdıq ki, bayram günləri bitdikdən sonra T. Əsgərovanın işdən çıxarılmasının motivləri araşdırılsın və redaksiyaya cavab verilsin.

 Şikayətiçini dinlədi: Röyal

 

0.076785087585449