Nüsrət İbrahimov: “Köç başlasa, qiymətlərin uzun zaman perspektivdə stabilləşməsi müşahidə edilə bilər”

Nüsrət İbrahimov: “Köç başlasa, qiymətlərin uzun zaman perspektivdə stabilləşməsi müşahidə edilə bilər”
 

İşğaldan azad edilmiş ərazilərimizdə tikinti və yenidənqurma işləri aparılır. Bu istiqamətdə olan tədbirlər müxtəlif olmaqla yanaşı, eləcə də, mərhələli şəkildə həyata keçiriləcək. Bəs görəsən, məlum prosesin ölkədəki daşınmaz əmlak bazarına təsiri necə olacaq?

“MBA Ltd.” konsaltinq və qiymətləndirmə şirkətinin rəhbəri Nüsrət İbrahimov Qarabağda aparılan tikintinin həcminin Azərbaycanda daşınmaz əmlak bazarına təsir etməyə kifayət olmadığını söyləyir. Yəni hazırda vəziyyət belədir. Gələcək proqnozlara gəlincə, həmsöhbətimiz deyir: “Orada kütləvi şəkildə tikinti işləri başlasa, bu, təbii ki, ilk növbədə Azərbaycanda tikinti materialları

bazarına təsir edəcək. Tələb əzmi yaradacaq və qiymətlərin artmasına səbəb olacaq. Daş, qum, sement, taxta və s. qiyməti arta bilər. Digər tərəfdən, məcburi köçkünlərin bir qismi tədricən ora köçürüldükcə, bazarda müəyyən təklif artımının olması mümkündür. Qeyd edim ki, uzun zaman perspektivində qiymətlər adətən, artan olur. Amma o köç başlasa, qiymətlərin uzun zaman perspektivdə stabilləşməsi müşahidə edilə bilər. Yəni qiymət artımının qarşısı alına bilər. Ona görə də sözügedən prosesin qiymətlərə təsiri cüzi ola bilər, bu hal nəzərəçarpan həddə olmayacaq”.

Nigar

0.027994871139526