Beyləqan prokuroru Qarabağ qazisini döyənlərin qanunsuz bağlanmış cinayət işini niyə təkrar istintaqa qaytarmır? - Şikayət
Beyləqan prokuroru Qarabağ qazisini döyənlərin qanunsuz bağlanmış cinayət işini niyə təkrar istintaqa qaytarmır?
Beyləqan rayonunun Çəmənli kənd sakini Araz Ağalar oğlu Mikayılov "Paralel TV"-nin 16 iyul tarixli canlı yayımdakı çıxışında icra başçısı Asif Ağayevin qoçu dəstəbaşı, Çəmənli kənd ərazi nümayəndəsi Ələddin Cəfərovun yaxın qohumları tərəfində 30 aprel 2021-ci il tarixdə vəhşicəsinə döyüldüyünü bildirib.
A. Mikayılov iddia edir ki, Beyləqanın sabiq prokuroru Azər Osmanov icra başçısının göstərişi ilə oğlunun və özünün döyülməsi nəticəsində hər ikisinin aldıqları ağır dərəcəli xəsarətə görə, onların xəbəri olmadan, ACPM-nin yüngül 128-ci və 157-ci maddələrilə açılmış cinayət işinə xitam verib.
A. Mikayılov bildirib ki, məsələ ilə bağlıFüzuli rayon prokuroru vəzifəsindən Beyləqan rayon prokuroru vəzifəsinə bir ilə yaxındır təyin olunmuş Ramazan Hadıyevlə dəfələrlə görüşüb, oğlunun və özünün döyülməsi barədə qanunsuz xitam verilmiş cinayət işini təkrar istintaqa qaytarmaq haqqında müraciət edib, lakin prokuror söz versə də, cinayət işini təkrar istintaqa hələ də qaytarmır.
A. Mikayılov bu cinayət işinin qanunsuz xitam olunması barədə ölkə Prezidentinə, Birinci vitse-Prezidentə və Baş Prokurorluğa şikayət məktubları və teleqramlar göndərsə də, həmin şikayət məktubları Beyləqan rayon icra hakimiyyətinə qaytarılmış, şikayət məktubları ilə əlaqədar ona məlumat verilmədən bağlanmış və prokuror R. Hadıyev cinayət işini təkrar istintaqa qaytarmaq barədə müraciətimizi havadan asılı qoyub.
Röyal