Təklif portfelində azalmalar müşahidə edilir

Təklif portfelində azalmalar müşahidə edilir
 

Koronavirus pandemiyası əksər sahələrdə olduğu kimi, ölkənin daşınmaz əmlak bazarına da təsirsiz ötüşməyib. Bu sahədə baş verənləri zaman-zaman cəmiyyətin müxtəlif üzvlərindən eşidirik. Fikirlər müxtəlifdir, bu gün isə pandemiya şəraitinin ölkəmizin daşınmaz əmlak bazarına təsirini ekspert rəyində dinlədik.

Paralel.az xəbər verir ki, daşınmaz əmlak sahəsi üzrə mütəxəssis Nüsrət İbrahimov söyləyir ki, pandemiya şəraiti keçən il daşınmaz əmlak bazarına təsir etsə də, bu il həmin təsir müşahidə olunmur: ”Bu gün qiymətlərdə cüzi artım var, bu da ümumi daşınmaz əmlak bazarına xas olan əlamətdir. Pandemiya şəraiti əksinə, tikinti sektoruna təsir edib. Keçən ildən başlayaraq, təklif portfelində azalmaları müşahidə edirik. Bunun da təsirini yəqin ki, gələn və o biri ildə daha çox hiss edəcəyik”.

Nigar

0.015942811965942