Azərbaycan vaksini satır?!

Azərbaycan vaksini satır?!
 

Azərbaycanda vətəndaşlarına təxminən 4.2 milyon dözadan bir qədər çox vaksin vurulub ki, bu da 1,1 milyon əhalinin immunitetlə əhatə olunması deməkdir.

Ölkədə ən azı 7 milyon əhali yaşadığını nəzərə alsaq, deməli, əhalinin cəmi 17 faizi immunitet alıb. Belə bir şəraitdə hökumətin vaksin satmağa başladığı ilə əlaqədar xəbərlər gəlməkdədir. Məsələn, rəsmi açıqlamaya görə, Azərbaycan Özbəkistana 50 min doza peyvənd göndərib. Yəqin digər ölkələrə də vaksin satmaq nəzərdə tutulur.

Belə bir sual yaranır: öz əhalisinin 20 faizi belə peyvənd almayan, peyvənd istehsalçısı olmayan ölkə nə üçün aldığı peyvəndi üçüncü ölkəyə satır?

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Paralel.az-a verilən məlumata görə, Azərbaycanda gündəlik peyvəndləməni təmin etmək üçün kifayət qədər vaksini var: "Sifarişlər gecikdiyi üçün indiki mərhələdə tələbatdan çox vaksin tədarük edilib - aprel ayı üçün sifariş edilən vaksini indi ölkəyə daxil olur. Bilirsiniz ki, vaksini saxlamaq da xərc tələb edir, vaksinlər mənfi 70 dərəcədə saxlanılmalıdır. Ona görə də tələbatdan artıq olan vaksinlar onu əldə edə bilməyən dost ölkələrə verilir".

Akif

0.020574808120728