Pandemiyaya görə milyonlarla avro itirib
Madrid “Real”ı pandemiyaya görə 300 milyon avro itirib.
Paralel.az xəbər verir ki, bu barədə klubun 2020-2021 mövsümü üçün maliyyə hesabatında qeyd olunub.
Müəyyən tədbirlər nəticəsində “kral klubu” öz maliyyə göstəricilərini ötən illə müqayisədə yaxşılaşdırıb. Ötən il “Real” 313, bu il isə 874 min avro gəlir əldə edib.
2021-ci ildə isə “kral klubu” maaşları 58 milyon avro, əməliyyat xərclərini 62 milyon avro azaldıb, həmçinin futbolçu satışlarından 175 milyon avro qazanıb.
Şahnaz