“Salam, Azərbaycan!” və “Şəki – gözəlliyin sehri”

“Salam, Azərbaycan!” və “Şəki – gözəlliyin sehri”
 

Tədbiri giriş sözü ilə açan mədəniyyət naziri Anar Kərimov qeyd etdi ki, kitabın təbliği ilə bağlı tədbirlər xüsusi önəm kəsb edir: “İRS” layihəsi Azərbaycan mədəni mirasının dünyaya tanıdılmasına böyük töhfələr verir. Təqdimatına toplaşdığımız “Salam, Azərbaycan!” kitabı ölkəmiz haqqında özündə o qədər müfəssəl məlumatı ehtiva edir ki, onu Azərbaycanın bələdçi kitabı da adlandırmaq olar. Bu nəşrdə xalqımızın adət-ənənəsi, tarixi abidələri, mədəniyyəti, fauna və florası, mətbəxi və ölkəmizin uğurlu inkişafı öz əksini tapıb. Ümid edirik ki, bu cür layihələrin də təsiri ilə Azərbaycana daha çox turist gələcək”.

Nazir çıxışının sonunda “Salam, Azərbaycan!” və “Şəki – gözəlliyin sirri” kitablarının ərsəyə gəlməsində əməyi keçən bütün redaksiya heyətinə minnətdarlığını bildirdi, yaradıcılıq uğurları arzuladı.

Qarabağın azad olunmasından sonra yeni layihələr haqqında düşündüklərini deyən Musa Mərcanlı isə qeyd etdi ki, “Qarabağın qara kitabı” adlı nəşr artıq hazırdır. Yaxın aylarda kitab oxuculara təqdim olunacaq.

“Paşa Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov isə vurğuladı ki, Azərbaycanın qədim tarixini, füsunkar təbiətini, çoxəsrlik mədəniyyətini və adət-ənənələrini özündə əks etdirən çap məhsullarının hazırlanması ölkəmizin tanıdılması və təbliği üçün çox önəmlidir. “Salam, Azərbaycan!” və “Şəki – gözəlliyin sehri” kitablarının hazırlanmasına tarixçilər və xarici mütəxəssislər cəlb də olunub. Gələcəkdə də bu istiqamətdə yeni uğurlu layihələr həyata keçiriləcək.

Daha sonra çıxış edən “İRS Publishing House” nəşriyyatının əməkdaşı İan Peart səkkiz ilə yaxındır “İRS” jurnalı ilə əməkdaşlıq etdiyini diqqətə çatdırdı. Bildirdi ki, gələcəkdə jurnalın nəşrlərinin birində işğaldan azad olunmuş Qarabağ torpağı haqqında məqalə yazmağı qarşısına məqsəd qoyub.

Sonda tədbir bədii hissə ilə davam etdi.

Şahnaz

0.014993906021118