“Brilyant əl” filmi barədə illər sonra xatırlananlar...

“Brilyant əl” filmi barədə illər sonra xatırlananlar...
 

Seyrçilər üçün “Brilyant əl” filmindəki Semyon Qorbunkovun xüsusi təqdimata ehtiyacı yoxdur. Ancaq Leonid Qayday bu kinofilmdə yalnız Yuri Nikulini deyil, onun ailəsini, yəni həyat yoldaşı və oğlu Maksimi də lentə alıb. “Rusiya 1” kanalının efirindəki verilişdə sənətçinin oğlu çəkiliş meydançasına necə gəldiyini və çəkilişlər zamanı niyə aldanma ilə üzləşdiyini izah edib.

Paralel.az xəbər verir ki, filmdəki Semyon Qorbunkov Yuri Nikulinin baş rollarından biridir. Leonid Qaydayın çəkdiyi filmdə Andrey Mironov, Anatoli Papanov, Nonna Mordyukova, Svetlana Svetliçnaya, habelə, Nikulinin oğlu və həyat yoldaşı, Maksim və Tatyana Nikulinlər də yer alıb.

“Brilyant əl” filmindəki Maksim Yuryeviçin rolu isə təsadüfən ortaya çıxıb, çünki ora bir oğlan tələb edilirdi. Nikulinin oğlu həmin vaxtları belə xatırlayır: “Atam mənə zəng etdi, mən isə dənizdə üzürdüm. O dedi ki, Lena əminin yanına get, o sənə nə edəcəyini söyləyəcək”. Qayday göstəriş verib ki, aktyor Mironovu tora salın, bir cümlə deyin və sonra suya itələməyə hazır olun”. Ancaq həmin bölümün çəkilişləri baş tutmayıb. Əvvəlcə Nikulinin oğlu yumşaq səslə danışıb, sonra səsini ucaltmalı olub. Daha sonra, kəskin bir sarsıntıdan qorxaraq, əvvəlcədən suya düşüb və dörd dublu pozub. Rejissor da onu aldadıb. Qayday oğlanın kadrda dayanmasını istəyib və Mironovun ordan sadəcə, keçəcəyinə söz verib. Sonra isə Andrey Mironova “vur, özü də daha bərk” deyib. Nikulinin oğlu: “O məni ürəkdən təpiklədi. Bu mənimçün gözlənilməz idi. Aldandım” - deyə, yada salır.

“Brilyant əl” dəki kiçik bir rol Maksim Yuryeviçin kinodakı yeganə işi olub. “Ancaq

hansı tərəf-müqabillərimin olduğuna yalnız həsəd aparmaq olardı - Nikulin, Mironov! Və rejissor - dahi Qayday özü!” - deyə Nikulinin oğlu xatırlayır.

Qeyd edək ki, həmin filmin bir neçə epizodu məhz Bakıda, İçərişəhərdə çəkilib. Kadrların çəkildiyi məkanlar isə hazırda da mövcuddur.

Nigar

0.022446870803833