Special Edition Talks layihəsi...

Special Edition Talks layihəsi...
 

İyulun 14-də Azərbaycan Azərbaycan Respublikasının mədəniyyət naziri cənab Anar Kərimov İslam Əməkdaşlığı Gənclər Forumu (IYCF) tərəfindən təşkil edilən xüsusi silsilə çıxışlar (Special Edition Talks) çərçivəsində Fəxri Qonaq qismində “Gənclər və mədəniyyətin formalaşdırılması” mövzusunda çıxış etmişdir.

Paralel.az xəbər verir ki, parlaq gələcəyin qurulmasında və mədəniyyətin dayanıqlı inkişafında gənclərin həlledici rolundan söhbət açan Anar Kərimov əvvəlcə bu sahədə dünyada və ölkəmizdə müşahidə olunan müasir meyllərdən danışdı. Yaradıcı gənclərin dəstəklənməsi naminə Mədəniyyət Nazirliyi tərəfindən təkcə COVID-19 pandemiyası dövründə 30-dan çox layihənin reallaşdırıldığı qeyd edildi.

Çıxışda həmçinin, Azərbaycanın təşəbbüsü ilə 2008-ci ildə yaradılan “Bakı Prosesi” qlobal təşəbbüsü və bu çərçivədə dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə birgə təşkil olunan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları , eləcə də, Gənclər üçün təşkil olunan panellər haqqında məlumat verildi.

Mədəniyyətin sülhə dəstək verdiyi kimi, sülhün də mədəniyyətin inkişafı üçün əsas şərt oluğunu vurğulayan Anar Kərimov müharibələrin və vandalizmin mədəniyyəti hədəf seçdiyini, bütün dünyada bunun qarşını birdəfəlik almaq məqsədlə Mədəniyyət Nazirliyi tərəfindən “Mədəniyyət üçün sülh” (#Peace4Culture) qlobal çağırışının və çağırış çərçivəsində “Sülh  üçün yarat” (#Create4Peace) kampaniyasının elan edildiyini qeyd etdi. BMT-nin Sivilizasiyalar Alyansı və İSESKO kimi beynəlxalq təşkilatların çağırışı dəstəklədikləri vurğulandı.

Sonda nazir Anar Kərimov onlayn görüşdə iştirak edən gəncləri maraqlandıran sualları cavablandırdı.

Şahnaz

0.01943302154541