Zəngilan- Mehdili dəmiryolu minalardan təmizlənib

Zəngilan- Mehdili dəmiryolu minalardan təmizlənib
 
Paralel.az xəbər verir ki, idarələrarası Mərkəzin Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə və Hərbi-mülki əlaqələndirmə məsələləri üzrə İşçi qruplarının iyulun 14-də birgə iclası keçirilib.
"Əvəllcə tədbir iştirakçıları Füzuli-Zəngilan (Ağbənd) dəmir yolunun Cocuq Mərcanlı və Mehdili kəndlərinin ərazisindən keçən hissələrinin minalardan təmizlənməsi prosesi ilə tanış olublar.
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin nümayəndəsi İdris İsmayılov bildirib ki, bu ərazidə ümumilikdə piyada və tank əleyhinə 1323 mina, 14 partlamamış hərbi sursat aşkarlanıb. Ərazilərin minalardan təmizlənməsi üç mərhələdə aparılır.
Füzuli rayonunun işğaldan azad olunmuş hissəsinin əkinaltı torpaqlarının və çoxillik əkmələrinin yerləşmə vəziyyəti barədə məlumat verən Müdafiə Nazirliyinin Mühəndis Qoşunları Baş İdarəsinin rəisi general-mayor Anar Kərimov bildirib ki, bu günədək 24 hektar sahə minalardan təmizlənib. Ümumilikdə 293 hektar sahənin minalardan təmizlənməsi nəzərdə tutulur. Burada əsasən partlamamış sursat, mərmi qalıqları aşkar olunub. Bu günədək 15 mindən çox döyüş sursatı məhv edilib.
Sonra Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə baxış keçirilib. Görülən işlərlə bağlı məlumat verən Füzuli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi polkovnik Məhərrəm Məhərrəmov bildirib ki, indiyədək 178 yanğın hadisəsi baş verib. Yanğınlar dərhal söndürülüb və alovun daha böyük əraziyə yayılmasının qarşısı alınıb.
 
Səma
0.026468992233276