Həkim xəstədən 1500 manat rüşvət istədi - Ekspermental xəstəxanada
Hadisə bu gün məhşur Ekspermental xəstəxanasında baş verib
Azərbaycanda Tibbi sığortaya keçilməsinə baxmayaraq, ölkənin səhiyyə ocaqlarında həkimlər xəstələrdən yenə də rüşvət alırlar.
Bu gün Beyləqan rayonundan Ekspermentalnı kimi tanınan elmi-tədqiqat xəstəxanasına zob xəstəliyindən əməliyyat olmağa gələn Quliyeva Gülayə Yusif qızı zoba görə, Ramiz həkim tərəfindən müayinə olunduqdan sonra xəstənin ürəyində problem müəyyən olunub. Həkimin tövsiyyəsilə əvvəlcə xəstənin ürəyindəki problemin kardioloq tərəfindən həll olunması vacib hesab olunub.
Buna görə xıstənin atası Yusif Quliyev xəstəxananın kardiologiya şöbəsində çalşan Eldar həkimlə görüşüb. Eldar həkim xəstəni müayinə edərək ürəyinə köməkçi stend qoyulmasına ehtiyac olduğunu bildirib. Bunun üçün həkimə, yəni Eldar həkim özünə 1500 (min beş yüz) manat pul istəyib!
Xəstə qızını həkimə gətirən imkansız ata o qədər pul verməyə gücü çatmadığını bildirsə də, həkim xəstənin atasının fikiri ilə razılaşmayıb.
Xəstənin atası çıxılmaz vzəiyyətdə qalaraq yaranmıç vəziyyət barədə telefonla baş həkimin müavini Azər həkimə müraciət edib.
Bundan xəbər tutan Eldar həkim çox qəzəblənib və xəstə sahibinə deyib ki, qızını aparrayondakı həkimi müalicə etsin sonra gəlib əməliyyat olunar.
Bəli, tibbi sığortanın tətbiq olunduğu Azərbaycanda həkimlər həm dövlətdən əmək haqqı alır, həm də həyasızcasına, utanmadan, çəkinmədən, vicdanını sataraq, ölümlə pəncələşən xəstənin cibinə girir!
Bəs, dövlətin görüdüyü tədbirlərin faydası hanı?! Bir-iki rüşvətxor həkimi məhbəsə atmaqla yüzminlərlə biüşvətxor həkimlər ordusunu doğru yola gətirmək mümkün deyil
Ölkənin Prezidenti rüşvətxor həkimlərin, müəllimlərin, bütün məmurların qarşısında elan etdiyi mübarizədən müsbət nəticə çıxaran niyə yoxdur!? Ölkəni rüşvət təpədən dırnağa qədər bürüyüb, həbsə atılan məmurların aqibətindən heç kim dərs götürmür, belə çıxır ki, bütün məmurlarə kütləvi olaraq həbs etmək lazəmdır?!
Hər halda biz öz peşə borcumuzu yerinə yetirib ölkəmizdə yaranmış rüşvətxorluq atmosferinin daha da genişləndiyini bəyan edirik. Qalanı hakimiyyətin borcudur, əgər borcunu yerinə yetirsə, xalq həm sevər, həm də qoruyar...
Züleyxa