Yeniyetmənin valideynləri polisə çağırıldı
Paralel.az xəbər verir ki, sosial şəbəkələrdə Şəkinin Kiçik Dəhnə kəndində 15 yaşlı qızın ərə verilməsi ilə bağlı videogörüntülər yayılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimovun açıqlamasında bildirib ki, yayılan görüntülər əsasında Şəhər Rayon Polis Şöbəsində dərhal araşdırmalara başlanılıb.
Araşdırma zamanı 1991-ci və 2005-ci il təvəllüdlü gənclərin evləndirilməsi faktı öz təsdiqini tapıb.
Yeniyetmənin valideynləri polisə dəvət olunub və onların izahatları alınıb.
Hazırda Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Şahnaz