Meymunlara karantin!
Paralel.az xəbər verir ki, Çelyabinsk zooparkında koronavirusa yoluxmanın qarşısını almaq üçün meymunlara karantin elan edilib. Bu barədə “Vesti.ru” məlumat verir. Mütəxəssislərin sözlərinə görə, məcburi tədbirlər kimi, heyvanlar hazırda yalnız şüşə arxasından baxa bilərlər. Meymunların koronavirusu insanlardan ağır formada keçirdikləri də söylənilib: “Biz müəyyən növ olanları deyil, o heyvanları karantinə almışıq ki, onlar müəssisədə hava axınını ziyarətçilərlə paylaşırlar. Çünki virusun hava-damcı yoluyla ötürülməsinin mümkünlüyü var” - deyə, Çelyabinsk zooparkının mədəniyyət təşkilatçısı Lyubov Kadomtseva söyləyib.
Zooparkın qonaqları açıq korpuslara çıxanları da görə bilərlər; amma insanlarla birbaşa əlaqə olmadan. Karantinin uzadılması isə vilayətdə ümumi epidemioloji vəziyyətdən asılı olacaq. Xatırladaq ki, orada iyulun 8-də gündəlik artım 248 olub
Paralel.az