Arutunyan Qırmızı Bazar-Şuşa yolunu bağlamaq istəyir?
Zərdüşt Əlizadə: "Arayik Arutunyan hazırda səlahiyyət baxımından heç kimdir, belə bəyanatlarla mövcudluğunu nümayiş etdirməyə çalışır"
Qarabağdaki tanınmamış erməni rejiminin rəhbəri Arayık Aarutunyan deyib ki, bu ilin sentyabr-oktyabr aylarından başlayaraq Qırmızı Bazar-Şuşa yolu azərbaycanlıların üzünə qapadılacaq, daha bu yoldan istifadəyə icazə verilməyəcək, bu yolu özümüz üçün təmir edəcəyik. Rejim sözçülarindən biri onu da deyirb ki, daha sonra qarşıda duran başlıca məqsədləri buradakı əhalini mənzillərlə təmin etməkdir.
Paralel.az xəbər verir ki, Politoloq Zərdüşt Əlizadə bu barədə bizimlə söhbət zamanı bildirdi ki, Arayık Hrutuniyanın belə qərar vermək səlahiyyəti yoxdur: "Bütün məsələlər 10 noyabr razılaşması əsasında həll ediləcək. Bəyanatda isə yazılıb ki, Dağlıq Qarabağın 75 faizinə Azərbaycan, 25 faizinə isə Rusiya sülhməramlı qüvvələri nəzarət edir. Füzulı-Şuşa yolu istifadəyə veriləndən sonra bu məsələ Azərbaycanla Rusiya arasında müzakirə edilə bilər. Yəqin ki, hər iki yol Azərbaycan tərəfi üçün açıq olacaq, kim hansı yolla istəsə gedəcək. Arayik hazırda səlahiyyət baxımından heç kimdir, belə bəyanatlarla mövcudluğunu nümayiş etdirməyə çalışır. O, mövcudluğunu Rusiya sülhməramlılarının mərhəməti sayəsində təmin edən məxluqdur".
Akif