Moskva «ofsayda» qalmaq istəmir

Moskva «ofsayda» qalmaq istəmir
 

Rusiyanın təşəbbüsü ilə Ermənistan işğal dövründə Füzuli Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim etdi. Bunun əvəzinə Azərbaycan ötən dəfə olduğu kimi 15 erməni diversantı Ermənistana təhvil verdi.

Azərbaycanın erməni diversantların bir hissəsini Ermənistana təhvil verib, bunun əvəzinə minalanmış ərazilərin xəritəsini əldə edəcəyi hadisədən bir gün əvvəl bəlli oldu. Bakıda erməni diversantların məhkəməsində onların bəzilərinə 6 ay kəsildi.

Bu o demək idi ki, həmin ermənilər azadlığa buraxılmalıydı. Çünki onlar artıq 6 aylıq həbs müddətini tamamlamışdılar. Belə oldu.

Həmin diversantlar Ermənistana təhvil verildi Azərbaycan Füzuli Zəngilan istiqamətində basdırılan minalanmış ərazilərin xəritəsini əldə etdi.

Azərbaycan cəmiyyətində son proseslə bağlı əsasən iki sual səslənir.

Birinci sual: Rusiyanın prosesdə iştirakı hansı amillərlə əlaqəli idi?

İkinci sual: Minalanmış ərazilərin xəritəsi dərəcədə dəqiqdir?

Rusiyanın Ağdam ətrafında minalanmış ərazilərin xəritəsinin Azərbaycana təhvil verilməsində rolu olmadı. Əsas vasitəçi kimi Gürcüstan, Avropa İttifaqı ABŞ təmsilçiləri çıxış etdilər. Müharibə bitdikdən sonra ilk dəfəydi ki, Azərbaycanla Ermənistan arasında Rusiyanın iştirakı olmadan razılaşma əldə edildi. Bu hal Kremli narahat etməyə bilməzdi.

Rusiya Azərbaycan Ermənistan arasında 10 noyabr 11 yanvar bəyanatlarının müəllifi kimi Qarabağla bağlı proseslərə nəzarəti yalnız Türkiyə ilə bölüşmək məcburiyyətində qalmışdı. ABŞ Avropa İttifaqı, o cümlədən Rusiya ilə diplomatik münasibətləri olmayan qonşu Gürcüstan oyundankənar vəziyyətdə idi. Ona görə bu 3 mərkəzin Rusiyanın xəbəri olmadan Azərbaycan Ermənistanla xəritələr əsir diversantlar ətrafında apardığı danışıqlar əldə etdikləri nəticə Kremli hərəkətə keçirdi.

Moskvanın tapşırığıyla Rusiyanın Qarabağdakı hərbi kontingentinin rəhbəri Rüstəm Muradov Bakı İrəvanla intensiv danışıqlara başladı. Rüstəm Muradovun əldə etdiyi nəticə ABŞ, Avropa İttifaqı Gürcüstan təmsilçilərinin əldə etdikləri birgə nəticədən az əhəmiyyətli olmadı.

Əgər 3 mərkəz 15 ermənini bir xəritəyə dəyişmişdilərsə, Rüstəm Muradov 15 ermənini iki rayonun xəritəsinə dəyişməyə müvəffəq oldu.

Əslində Qarabağla bağlı bütün məsələlərin Rusiyanın iştirakı vasitəçiliyi ilə həlli Azərbaycanın maraqlarına cavab vermir. Çünki bu halda Rusiya özünü bölgənin əsas sahibi kimi aparır. Misal üçün, Rusiya Prezidenti Azərbaycanın başı üzərindən fransalı həmkarıyla Qarabağa maliyyə humanitar yardım barədə telefonla danışır, müzakirə aparır.

Halbuki, bu telefon danışığının ardınca diplomatik etika Rusiya Prezidentinin Azərbaycan Prezidentinə zəngini Parislə Qarabağla bağlı aparılan danışıqların təfərrütlarının azərbaycanlı həmkarının diqqətinə çatdırılmasını diqtə edirdi.

Buna baxmayaraq, Azərbaycan minalanmış ərazilərin xəritələrini əldə etməkdə davam edir bu gələcək planlarımızınköçürülmənin inşaat çalışmalarının sürətlənməsinə şərait yaradacaq. Qarabağda yaşayan ermənilərin sayı 30-35 min arasındadır, bunu özləri etiraf edirlər. Qarabağa köçürüləcək yüz minlərlə soydaşımız erməni separatizminə növbəti zərbə olacaq.

Minalanmış ərazilərlə bağlı xəritələrin dəqiqliyinə gəldikdə, Azərbaycan Müdafiə Nazirliyinin xəritələrlə bağlı açıqlaması yoxdur. Əgər birinci dəfə Ağdam ətrafında basdırılan minaların xəritəsi saxta olsaydı, Füzuli Zəngilan rayonları ətrafında basdırılan xəritələrlə bağlı razılaşma olmayacaqdı. Ancaq mümkündür ki, bu xəritələrin xaricində basdırılan minalar var, qarşı tərəf bunu bizdən gizlətməyə çalışır. Demək erməni diversantların bir hissəsini hələ təhvil verməməliyik.

 AtlasAraşdırmalar Mərkəzi

0.018404960632324