Eldar İbrahimov: "Hardadı bu qədər pul məndə?"

Eldar İbrahimov:
 

"Bu gün bəzi KİV-lərdə mənə aid olduğu deyilən İsmayıllı rayonunun Talıstan kəndində "Su Meyilli" adlı oteli açılması və guya otelə oğlum Elçin İbrahimovun rəhbərlik etməsi barədə yalan məlumatlar yayılıb. Hardadı bu qədər pul məndə? Guya, mən otelin tikintisinə 25 milyon manat vəsait xərcləmişəm. Hamısı yalan, şər və böhtandır."

Bunu Milli Məclisin deputatı, Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov əmədaşımızla telefonla danışarkən bildirib.

Milli Məclisin deputatı, Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov bildirib ki, bu cür yalan məlumat yayan mətbu orqan yəqin ki, kimlərinsə sifarişini yerinə yetirir: "Haqqımda yalan məlumat yayan mətbu orqan niyə həmin otelin əsl sahibini araşdırmır? Bu otelə xərclənən vəsaiti necə hesablayıb? 25 milyon manat vəsait xərcləndiyini necə aşkarlayıb? İndi elə bir zamandır ki, əgər mənə, oğluma aid otel varsa, və ya biznes fəaliyyəti ilə məşğulamsa sənədlərlə bunu ictimailəşdirə bilərlər."

Milli Məclisin deputatı, Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov onu da bildirib ki, yalan məlumat yayan mətbu orqan tezliklə məhkəmədə qanun qarşısında cavab verməli olacaq.

Qeyd edək ki, bu haqda ilk məlumatı Unikal.org saytı yayıb.

 

İnformasiya şöbəsi

0.015335083007812