Həmyerlimiz səfirliyin fəaliyyətindən narazıdır...

Həmyerlimiz səfirliyin fəaliyyətindən narazıdır...
 
                                             Həmyerlimiz səfirliyin fəaliyyətindən narazıdır...
 
Dövlət başçısı tərəfindən təyin olunmuş və xarici dövlətdə ölkəmizin yüksək çinli diplomatik nümayəndəsi vəzifəsini icra edən səfirlərimizin fəaliyyətləri nöqsansız ötüşmür.
Paralel.az xəbər verir ki, Rusiyada yaşayan və orada biznes fəaliyyətilə məşğul olan həmyerlimiz redaksiyamıza şikayət məktubu göndərib. Məktubda yazılır:
" Hörmətli redaksiya! Təxminən 10 gündür ki, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinə etdiyim zənglərə cavab verən yoxdur. Baxmayaraq ki, günün müxtəlif saatlarında da zəng edirəm, təəssüf ki, yenə də dəstəyi qaldıran yoxdur. Ya  qeyd olunan nömrələr səhvdir, ya da ki, səfirliyin işçiləri işlərinə laqeyid və məsuliyyətsizdirlər. Xahiş edirəm məktubumu işıqlandırasız. Bəlkə yatmışlar oyana".
 
ŞAHNAZ
 
 
 
0.01854395866394