"Yan"ların sayıqlamalarına nə vaxt cavab verəcəyik?

 

Samvel Babayan: "...əks halda müharibənin üçüncü mərhələsi olacaq"

 Ali Baş Komandan bütün çıxışlarında bəyan edir ki, Qarabağ problemi artıq tarixə qovuşub, müharibə Azərbaycanın parlaq qələbəsi ilə bitib. Lakin cəmiyyətdə bu fikrə tərəddüdlə yanaşanlar da az deyil, çünki onların da əsası var. Biz hələ dövlət olaraq ərazilərimizin bir hissəsinə (Yuxarı Qarabağa və Laçın dəhlizi adlandırılan Laçın şəhərinə) nəzarət edə bilmirik. Ermənilərin yaşadığı həmin ərazyə Rusiya sülhməramlıları nəzarət edir. Bununla bağlı jurnalist Rövşən Kəbirli sosial şəbəkədə maraqlı bir status paylaşıb. Statusda bildirilir... «Hesab edək ki, ölkə rəhbəri haqlıdır, müharibə başa çatıb: "Əgər həqiqətən də belədirsə, onda Azərbaycan hakimiyyəti beynəlxalq hüquqla ölkənin yuridiksiyasında olan bir ərazidə yaşayan balasanyan, anasanyan, atasanyan, qardaşyan və ilaxır "yan"arın müharibə və revanş çağırışlarına adekvat reaksiya verməli, bu cür açıq çağırış edənlər barəsində cinayət işi açmaqla konkret və əməli addımlar atmalıdır. Daha Arayik Arutuyanla bağlı olduğu kimi, hansısa mücərrəd beynəlxalq axtarışa vermək kimi, gülüş doğuran nağıllar danışmaq lazım deyil. Onu da qeyd edim ki, müharibə çağırışı edən adam Ermənistanda yox, Azərbaycan ərazisində yaşayır. Deməli, əgər Rusiya həqiqətən də Qarabağda sülhyaratma missiyasın yerinə yetirirsə, müharibə çağırışı edən Vitali Balasanyan kimilərini Azərbaycan hökumətinin tələbi əsasında dərhal həbs edib, bizə təhvil verməlidir - bu onların bilavasitə borcudur.

Düşünürəm ki, qaldırdığım bu məsələ çox aktualdır və yubanmadan bunun icrasına başlanmalıdır. Belə sərt addım atmaqla biz Qarabağda məskunlaşan siravi erməniləri də "bəlkə də qaytardıq" illizuyasından qoparmış olarıq. Anasanyan getsin Ermənistanda yaşasın və nə qədər istəyir çərənləsin, amma Qarabağda yox.

Öküzü soyub bıçağı quyruğunda sındırdıq, heç olmasa "dirilməyinin", "təpik atmağının" qarşısını vaxtında alaq".

Doğrudan da dünən s"Artsax Təhlükəsizlik Şurası"-nın keçmiş katibi Samvel Babayan erməni saytlarında belə bir fikir söyləyib: "Azərbaycan göydən yerə enməli - işğal olunmuş əraziləri geri qaytarmalı və Artsaxın statusunu tanımalıdır, əks halda müharibənin üçüncü mərhələsi olacaq".

Birincisi, Samvel Babayanın belə bir fikir səsləndirməyə mənəvi haqqı yoxdur, çünki  Müzaffər Azərbaycan Ordusu s"Artsax"ın, Ermənistanın Rusiya arsenalına əsaslanaraq otuz ildə qurduğu ordunu 44 günə darmadağın etdi. İkincisi isə o, Azərbaycana qarşı təhdidləri məhz Azərbaycan torpaqlarında dilə gətirir. Odur ki, həmkarımızın dediyi kimi, Azərbaycan hökuməti belə adamları öz konstitusiya və digər hüquqi-normativ aktları əsasında cəzalandırmaq üçün hüquqi addımlar atmalıdır.

Röyal

0.019833087921143