"Delta" və "Delta plyus" bəşəriyyətə nə vəd edir?

 

Bir il yarımdan çoxdur ki, dünyanın kabusuna çevrilən (COVİD-19) virusunun daha təhlükəli mütasiyaları peyda olub. Hindistan ştammı kimi tanınan "Delta" və "Delta plyus" mutagenlərinin yayılma sürəti adi koronavirusdan 60 faiz daha çoxdur. "Delta" və "Delta plyus" ştammları gənclərdə ağır qrip əlamətləri kimi - mədə ağrısı, ürəkbulanma və iştahsızlıqla müşahidə edilə bilir.

Bu ştammın əsas xüsusiyyəti insan hüceyrələrinin daxilinə daha tez nüfuzetmə qabiliyyətinə malik olmasıdir, ona görə də onun yayılma sürəti daha yüksəkdir. "Delta" ştammının vaksin almış insanlarda hüceyrə daxilinə nüfuz etməsi prosesi ləngiyir, bir çox hallarda isə ümumiyyətlə, orqanizmdə formalaşmış anti-cismlər virusu dərhal məhv edir. Bu qarşıdurmada orqanizmin ümmun sisteminin vəziyyəti yenə əsas rol oynayır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, yeni mutagen artıq dünyanın 92 ölkəsində, o cümlədən də qonşu gürcüstanda da aşkarlanıb. ÜST dünya ölkələrini koronovirusun yeni mütasiya olunmuş formalarına qarşı qabaqlayıcı tədbir görməyə, ölkələrin başladığı karantin rejimlərinin yumşaldılması prosesini ən azı bir ay ləngitməyə çağırır. Bununla yanaşı ÜST ölkələri vaksinasiyanı sürətləndirməyi tövsiyyə edir. Çünki mütəxəssislərin fikrincə, ÜST tərəfindən təsdiqlənmiş bütün vaksinlər koronavirusun bütün mütasiya olunmuş variantları üçün müxtəlif dərəcəli təsirlərə malikdir ki, bu da xəstəliyin nisbətən yüngül simpitomlarla keçməsinə səbəb olur.

Mahir

0.015756130218506