XEYİRXAH, HƏMİŞƏYAŞAR, MÜQTƏDİR YAZIÇIMIZ: MİR CƏLAL PAŞAYEV

XEYİRXAH, HƏMİŞƏYAŞAR, MÜQTƏDİR YAZIÇIMIZ: MİR CƏLAL PAŞAYEV
 

Mir Cəlal Paşayev  xalqımızın xeyirxah, həmişəyaşar, müqtədir yazıçısıdır. Onun yaradıcılığı, xüsusən də xeyirxahlığı barədə saatlarla danışmaq mümkündür. O, professoru olduğu indiki Bakı Dövlət Universitetinin yoxsul tələbələrinə əyin-baş alar, xəlvəti cib xərcliyi verərmiş.

Haşiyə: Respublikanın xalq artisti Arif Quliyevin dedikləri:

Arif Quliyev xatırlayır ki, əsgəri xidmətindən sonra İncəsənət institutuna daxil olmaq istəyirmiş. Lakin birinci imtahandan qeyri müvəffəq qiymət alaraq institutun yaxınlığındakı skameykaların birində oturub ağlayırmış.

Düşünürmüş ki, axı niyə mənim taleyim üzümə gülmür, ata-ana üzü görməmişəm, uşaqlar evində böyüyüb ərsəyə gəlmişəm, bəs mənim gələcəyim necə olacaq?

Bu zaman arxadan onun çiyninə bir əl uzanır.

Arif Quliyev dönüb baxanda iki nəfəri görür. Onlardan biri soruşur ki, ay bala nə olub, niyə ağlayırsan? Arif Quliyev başına gələnləri danışır, deyir ki, uşaq evində böyümüşəm, nə ata üzü görmüşəm, nə ana üzü.

Aktyorluq istedadıma güvənib çox böyük ümidlə sənədlərimi İncəsənət İnstitutuna verdim, yenə də mənimki gətirmədi. Nə indi qalmağa yerim var, nə yeməyə çörəyim, qalmışam küçələrdə.

Arif Quliyev belə xatırlayır ki, onlardan birinin gözləri yaşardı. O, yaxınlığındakı bağın çayxana müdirini çağırtdırdı və ona tapşırdı ki, çayxanada şərait düzəltsin, bu oğlan hər gün gəlib çayxanada yatacaq və orada gündə üç dəfə çörəyini yeyəcək, hər ay gəlib pulunu mən verəcəyəm. Sonra mənə dedi ki, institutun rektoru Rahib müəllimdir, sabah səhər gedərsən onunla görüşərsən!

Arif Quliyev ertəsi gün instituta gedir, katibənin yanında oturub rektoru gözləyir.

Rektor gələn kimi katibəsindən soruşur ki, bir nəfər göygöz oğlan məni soruşmalı idi, o, gəlibmi?

Arif Quliyev ayağa qalxır, özünü təqdim edir, deyir ki, o mənəm.

Rahib müəllim, soruşur ki, sən Mir Cəlal müəllimi hardan tanıyırsan? Arif Quliyev deyir ki, mən onları tanımırdım, onlar mənə yaxınlaşdılar, hansı səbəbdən ağlamağımı soruşdular və məsləhət bildilər ki, sizin qəbulunuza gəlim.

Sən demə onlardan biri yazıçı Mir Cəlal Paşayev digəri şair Tofiq Bayram imiş.

İnstitutun rektoru Arif Quliyevə deyir ki, sən instituta qəbul olmusan, sentyabr ayının 1-də dərsə gələrsən!

Mir Cəlal Paşayevin xeyirxahlıq missiyasını bununla bitmir. Belə ki, Azərbaycan Yazıçılar İttifaqının ona verdiyi evi, xeyirxan, müqtədi yazıçımız Mir Cəlal Paşayev öz aspirantı, şair Nəriman Həsənzadəyə verir.

İndi Mir Cəlal müəllimin xeyirxahlıq missiyasını onun nəvəsi, Respublikanın birinci lider qadını Mehriban Xanım Əliyeva yerinə yetirir, özü də reklamsız Mehriban Xanımın maddi-mənəvi dəstəyi ilə yüzlərlə ağır xəstə şəfa, yüzlərlə ailələr nicat tapıb.

mehriban1mehriban3mehribanmehriban4mehriban5

İndi də gəlin, Mir Cəlal Paşayevin bədii yaradıcılığına nəzər salaq:

Ötən əsrin 30-cu illərindən bu günlərimizə kimi nəhəng bir sənətkarın, müdrik bir müəllimin, dərin bir ədəbiyyat aliminin yaradıcılığı parlaq bir şölə kimi ədəbiyyatımızı, mədəniyyətimizi, milli Azərbaycan bədii fikrini işıqlandırmaqdadır və bizə elə gəlir ki, Azərbaycan oxucusu nə qədər varsa, Mir Cəlal Paşayev adlı müqtədir bir sənətkarın sənət dünyası da həmişəyaşar olacaqdır; bütün ədəbiyyat tariximizi beləcə öz isti, ilıq, parlaq sənətinin nurlu işığı ilə işıqlandıracaq, qəlblərə nur paylayacaq.

mircelal_31

Mir Cəlal Paşayevə təsadüfi deyildir ki, hamı "Mir Cəlal müəllim" deyə müraciət edərdi, çünki o, bütün xisləti ilə, əsl mənasında ziyalı idi. Ziyalı yazıçı, ziyalı – alim - professor, ziyalı maarifçi idi Mir Cəlal müəllim!

Mir Cəlal Əli oğlu Paşayev ömrünün 48 ilini bu vacib, çox adamların bacarmadığı, nadir istedadı və insanlığı ilə bəşəriyyətə Azərbaycan mifli mədəniyyətinə, ədəbiyyatına, xalqına xidmətdə olmuşdur...

1908-ci ildə Ərdəbildə anadan olmuş, ehtiyac arxasınca Gəncəyə köçmüşdülər. Onun bütün uşaqlıq illəri, şəxsiyyəti, gənclik duyğuları Azərbaycanın ən gur, keşməkeşli, tufanlı milli-demokratik hərəkatının, üsyanlarının, çevrilmələrinin mərkəzi olan Gəncədə keçmiş və Gəncədə formalaşmışdır.

mircelal

O, burada xalqımızın S.Vurğun, Ə.Cəmil, M.Rzaquluzadə, H.Araslı, C.Xəndan kimi bir çox görkəmli sənətkar və alimləri ilə tanış olmuş, gənclik dövrləri birgə keçmiş, təhsil və əmək fəaliyyətlərinə bu şəhərdə - Gəncədə birgə başlamışdılar! Gəncə ədəbi mühiti Mir Cəlalın bir şəxsiyyət kimi yetişməsində, formalaşmasında olduqca mühüm əhəmiyyətə malik olmuşdur.

O, burada ibtidai təhsil alır, sonra Gəncə Pedaqoji Texnikumunda oxuyur və elə buradaca vaxtkı Gəncə ədəbi mühitinin coşğun axarına qoşulur, "Qızıl Qələmlər" İttifaqının Gəncə şöbəsində ən bacarıqlı və istedadlı şair kimi qarşılanır.

Onun ilk məqaləsi 7 iyul 1926-cı ildə "Yeni fikir" qəzetində, ilk tərcümə şeri 1930-cu ildə "Gənc işçi" qəzetində, ilk şeri isə "Qızıl Gəncə" məcmuəsində 1928-ci ildə dərc olunmuşdur.

MİRCELAL

Mir Cəlal Paşayev Azərbaycan nəsrinə S.Rəhimov, M.İbrahimov, Əbülhəsən, S.Rəhman kimi nəhəng sənətkarlarla dirgə daxil olmuş, özünəməxsus, olduqca orijinal, parlaq yaradıcılıq siması ilə, üslub, sənətkarlıq xüsusiyyətləri, mövzu aləmi ilə fərqlənmiş, olduqca dadlı-duzlu, mənalı hekayələri ilə, vüsətli, mürəkkəb-süjetli romanları ilə Azərbaycan ədəbiyyatı xəzinəsini xeyli zənginləşdirmişdir...

Mir Cəlal Paşayev ədəbiyyatımızın çox nadir və məhsuldar istedadlarından biri olmuşdur. Təkcə yaradıcılığının ilk illərinə nəzər salanda adamı bu nadir istedadın yaxşı mənada xofu basır.

1932-ci ildə Mir Cəlal müəllimin "Sağlam yollarda", 1935-ci ildə "Boy" adlı hekayələr və oçerklər məcmuəsi, "Dirilən adam" romanı çapdan çıxır. Roman bir ildən sonra I rus dilinə tərcümə edilib çap olunur. 1937-ci ildə "Bostan oğrusu" hekayələr kitabı, 1939-cu ildə "Gözün aydın" kitabı çapdan çıxır. Yenə hə-min ildə onu bütün ədəbiyyat-da məşhurlaşdıran "Polad necə bərkidi" kitabı ilə müqayisə edilən "Bir gəncin manifesti" romanı, bir il sonra 1940-cı ildə "Açıq kitab" romanı nəşr edilir.

Ümumiyyətlə, üst-üstə, götürüləndə Mir Cəlal müəllimin öz yaşadığı dövrdə 50-yə qədər bədii və elmi əsərləri kitab şəklində oxucusuna təqdim edilib. Bu günə qədər isə böyük yazıçı - alimin 60-dan çox kitabı Azərbaycan bədii ədəbiyyatı, elmi sferası xəzinəsinin bəzəyi, dəyəri, bədii-estetik təfəkkürünün üfüq qədər miqyası ölçüsüdür.

Təsadüfi deyildir ki, keçən əsrin ən böyük tənqidçisi, akademik Məmməd Arif onun yaradıcılığının 30 illiyi münasibəti ilə yazmışdır: "Bir yazıçı kimi Mir Cəlal hər şeydən əvvəl Azərbaycan nəsrinin ən gözəl ənənələrinə əsaslanır. Nahaq deyil ki, C.Məmmədquluzadə və Ə.Haqverdiyev onun ən çox sevdiyi yazıçılardır. Bu ədiblərin çox dəqiq və həssas realizmi, xalq həyatı ilə sıx əlaqəsi, yüksək demokratizmi, sadə dili, incə yumoru və eyni zamanda sərt satirası. Mir Cəlalı bir nasir kimi dərindən maraqlandırır. Biz Mir Cəlalın əsərlərində milli nəsrimizin ən yaxşı nailiyyətlərini hiss edirik".

Əslində görkəmli tənqidçi o vaxtlar birbaşa deyilməyən və deyilməsi nisbətən yasaq olan mətləbləri burada açmış, Mir Cəlal Paşayevi Mirzə Cəlillə, Ə.Haqverdiyevlə müqayisə etməklə bu böyük yazıçını bu nəhəng sənət korifeyləri ilə bir sırada görmüş, onun yaradıcılığının sosialist realizminə sığmayan cəhətlərinin mahiyyətini - demokratizmini, həssas realizmini, sərt satirik mahiyyətini açıqlamışdır.

Əlbəttə, Mir Cəlal Paşayevin nəhəng yaradıcılığı heç bir çərçivələrə sığmamış, bütün arakəsmələri dağıtmış, həyatın sərt realizminə həmişə sadiq qalmış, yüksək demokratizmi və sərt həqiqətləri əks etdirməyi ilə fərqlənmişdir.

Onun çoxşaxəli, zəngin bədii yaradıcılığı həqiqətən də, milli nəsrimizin ən parlaq, mənalı, seçilən, sayılan nümunələrindəndir. Kifayətdir ki, böyük ədibin yuxarıda adlarını çəkdiyimiz nəhəng əsərləri ilə yanaşı onun "Yaşıdlarım", "Təzə şəhər", "Yolumuz hayanadır" kimi əsərlərini xatırlayaq.

Mir Cəlal Paşayev böyük, nəhəng romantik olduğu kimi həm də Mirzə Cəlil və A.P.Çexovsayağı dadlı, duzlu, lirik, satirik, kəskin süjetli hekayə novellaların müəllifidir. Deyərdik ki, Azərbaycan nəsrində tipik Avropa novella janrını bütün şərq incəliyi ilə ilk dəfə yara-dan, formalaşdıran, kamilləş-dirən Mir Cəlal müəllim olmuşdur.

Mir Cəlalın "Həkim Cinayətov", "Mərifət dərsi", "Mərkəz adamı", "Təzə toyun nəzakət qaydaları", "Bostan oğrusu", "Anket Anketov", "Həpəndovun məqaləsi", "Şairin ərizəsi", "Şapalaq" və digər hekayələri təkcə Azərbaycan ədəbiyyatının deyil, dünya ədəbiyyatının klassik miniatür hekayə nümunələrindəndir.

Bu hekayə-novellalarda həyatın müxtəlif sahələrin-dən götürülmüş olduqca maraqlı, mənalı mövzular, əxlaqi-mənəvi məsələlər, ilk baxışda adi görünən, amma Mir Cəlal müəllimin ecazlı qələmi ilə qeyri-adi bir məna kəsb edən əhvalatlar çox incə bir yumorla, kəsgin satirik çalarlarla öz əksini tapmışdır.

Maraqlı cəhətlərdən biri də budur ki, Mir Cəlal müəllim dəhşətli dərəcədə hadisələrin təbii axarındakı qeyri-təbii vəziyyətləri, qüdrətli bir sənət-kar fəhmi ilə kəşf edir və oxucusunu indiyə qədər dünya ədəbiyyatında rast gəlmədiyi situasiyalarla qarşılaşdırır və mahiyyət ürzə çıxarır...

Mir Cəlal müəllimin bədii yaradıcılığı kimi elmi yaradıcılığı, pedaqoji fəaliyyətində ayrıca bir tədqiqat mövzusudur, öyrənilməyə layiq, yeni bir sahədir. Onun pedaqoji fəaliyyətinin xüsusiyyətləri Azərbaycan maarifçiliyinin, pedaqoji fikir və iş tarixinin ən fərəhli, ən dəyərli, qiymətli tarixi faktlarındandır.

Mir Cəlal müəllim onlarca alim, müəllim, pedaqoq, jurnalist, ziyalı yetişdirmiş, müasir dövr Azərbaycan ziyalılar nəslinin yetişdirilməsində onun əvəz-siz xidmətləri olmuşdur və maraqlı cəhət budur ki, böyük ədib ömrü boyu pedaqoji fəaliyyətindən uzaqlaşmamışdır.

O, 30-cu illərdən tutmuş 80-ci illərin əvvəllərinə qədər yüzlərlə Azərbaycan ziyalılar ordusunun ərsəyə gəlməsi işində başqa həmkarları ilə birlikdə yorulmadan çalışmış, AzərbayCan elmi fikrinin ən görkəmli şəxsiyyətlərinin formalaşmasında fəal iştirak etmişdir...

Bir çox klassik və müasir sənətkarların yaradıcılıq xüsusiyyətlərinin dərindən öyrənilməsində, ədəbiyyat tarixi-mizə dair ciddi tədqiqat əsərlərinin yazılmasında, elmi-tənqidi fikrimizin düzgün inkişafında onun əvəzsiz xidmətləri olmuşdur.

Mir Cəlal müəllim çox görkəmli ədəbiyyatşünasdır, ədəbiyyat tarixçisi, ədəbiyyat nəzəriyyəçisidir, dərsliklər müəllifidir, yüzlərlə ədəbi-tənqidi məqalələrin yazarlarındandır. Onun Nizami, M.Füzuli, M.P.Vaqif, M.Ş.Vazeh, A.Bakıxanov Q.Zakir, M.F.Axundov, C.Məmmədquluzadə, M.Ə.Sabir, S.Vurğun. C.Cabbarlı, S.Rüstəm və bir çox ədəbiyyat klassiklər haqqında tədqiqatları, məqalələri, monoqrafik əsərləri ədəbiyyatşünaslığı parlaq, əvəzsiz elmi səhifələrindəndir.

Onun “Azərbaycan ədəbiyyatı tarixi” kitabına yazdığı elmi oçerklər, "XX əsr Azərbaycan ədəbiyyatı" (F.Hüseynovla birgə) dərsliyi, "Ədabiyyatşünaslığın əsasları" kitabı Azərbaycan ədəbiyyat elminin çox nadir nümunələrindəndir. Mir Cəlal müəllimin "Azərbaycan ədəbiyyatında realizmin müəyyənləşməsi və inkişafı haqqında" elmi nəzəri əsəri Azərbaycan ədəbiyyatşünaslığında ədəbi metod və üslub istiqamətində aparılan ilk monumental əsərlərdən biridir.

Xüsusən, Mir Cəlal müəllimin böyük, dahi Məhəmməd Füzuli ədəbi irsinə həsr etdiyi silsilə tədqiqat materialları və onun çox ciddi axtarışlarının, nəzəri fikrinin məhsulu olan "Füzulinin poetik xüsusiyyətləri" və son olaraq "Füzulinin sənətkarlığı" (1958) kitabları Azərbaycan füzulişünaslığının əsas sütunlarından birini təşkil etmişdir.

Mir Cəlal müəllim yorulmaz, zəhmətkeş, qüdrətli, biliyə və təfəkkürə sahib, istedadlı bir şəxsiyyət olmuşdur. 1934-cü ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olmuşdur, Əməkdar Elm Xadimi adını almışdır, fiziologiya elmlər doktoru, professor idi. Bu qüdrətli yazıçı olduqca məğrur, əyilməz, sadə, təvazökar, hamını sevməyi bacaran, istedadlılara xüsusi qayğı bəsləyən, humanist, fədakar bir insan, yazıçı, alim, pedaqoq idi.

Mir Cəlal müəllim təkcə Azərbaycanda deyil, o vaxtkı İttifaq miqyasında onun hüdudlarından da tanınmış bir ədib, alim, pedaqoqdur. Ədibin bir sıra əsərləri o dövrkü ittifaq Respublikalarında yaşayan xalqların, demək olar ki, əksəriyyətinin dillərinə tərcümə olunmuş və yayılmışdı.

Həmçinin, ədibin bir çox əsərləri rumın. bolqar, fransız, çex, slovak və başqa xarici dillərdə dərc olunmuş, təkcə yazıçının özünə yox, Azərbaycan ədəbiyyatına şöhrət gətirmişdir...

İllər ötdükcə Mir Cəlal Paşayevin təkcə elmi irsi tədqiq edilmir, onun həm də xeyirxahlığı, böyük və əlçatmaz müəllimliyi, bəşəriliyi heyranlıqla qarşılanır və sevilə-sevilə qəlblərdə özünə ucalıq abidəsi qurur. Ədibin bu zirvədəki yeri daim qalacaq və onun mərhəmət sevgisi dünya durduqca yaşayacaqdır. 

Görkəmli yazıçı və ədəbiyyatşünas alim 1978-ci il sentyabrın 28-də dünyasını dəyişib.

mircelal_07mircelal_12

mircelal_02mircelal_03mircelal_04

mircelal_06mircelal_22mircelal_23mircelal_25mircelal_24mircelal_30

TAHİR ABBASLI 

0.020143985748291