Türkiyə və Azərbaycan düşmənin gizli planlarını pozdu

Türkiyə və Azərbaycan düşmənin gizli planlarını pozdu
 

Tapdıq ABBAS
Baş redaktor,
“Əməkdar mədəniyyət işçisi”,
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı
[email protected]

 "Şuşa bəyənnaməsi" Kremli şoka saldı

 İyunun 20-də keçiriləcək parlament seçkisində Robert Koçaryanı Ermənistanda hakimiyyətə gətirib, onun vasitəsilə Azərbaycanı işğal etmək üçün Putinin gizli plan hazırlaması barədə xəbər rus mətbuatında və sosial şəbəkədə geniş yayılıb. Rusiya mediasında yer alan bu xəbərə dünya mətbuatında da rast gəlinir.

Ermənistanın "Harparak" elektron qəzetində yer alan xəbərdə isə Ermənistanda Koçaryan hakimiyyətə gəldikdən sonra, Putin Hadrutu, Şuşanı və digər əraziləri hərbi yolla ermənilərə qaytarmaq barədə plan cızdığı xəbəri yer alıb.

Putinin tərtib etdiyi və yerinə yetirilməsi hazırda mümkünsüz görünən gizli plan barədə belə bir xəbərin seçki öncəsi mediada yer alması ilk növbədə Ermənistandakı Köçaryan tərəfdarlarının və Rusiyaya bağlı qüvvələrin seçiciləri ələ almaq məqsədilə yaydığı xəbərə daha çox bənzədiyini aydın hiss olunur.

Eyni zamanda Rusiya bu planı həyata keçirmək üçün öncə Paşinyanı devirməli, yəni seçkidə onun komandasının uduzmasını təmin etməli və Köçəryanın tərəfdarlarının seçkidə qələbəsinə nail olmalıdır. Ermənistandakı mövcud duruma diqqət edən də, bu o qədər də asan deyil, çətin işdir. Bu, hazırda Rusiyanın Ermənistanda məqsədinə çatması üçün ən vacib şərt olsa da, müşkül məsələ kimi görünür.

Əgər Putinin Köçəryan üzərində qurduğu gizli plan gerçəkləşsə, ikinci Qarabağ müharibəsinin Azərbaycanın zəfərlə bitməsi nəticəsində Rusiyanın Ermənistanda və Qafqazda zədələnmiş mövqeyinin möhkəmlənməsi barədə idda utopyadır. Bu məqsədlə Putinin indiyədək Koçaryanla Moskvada 3 dəfə görüşməsi barədə yayılmış xəbər dünya mediasının gündəmini də zəbt edib.

Putinin Köçəryanla görüşlərində Ermənistanda hakimiyyəti ələ keçirdikdən sonra Azərbaycana hücum etmək üçün Koçaryanın Putindən 3 şey istədiyi erməni mediasında yayılıb. Xəbərə görə, o, Putindən havadan müdafiə üçün döyüş təyyarələri, raketlər və əsgər istəyib. İddaya görə, Putin Köçəryana istədiyi köməyi verəcəyini vəd edib. Köçəryan isə, alacağı bu köməyin əvəzində Ermənistanda və Qafqazda Rusiyanın mövqeyini gücləndirmək işinə xidmət etməyi üzərinə götürüb...

Görünür, Kremldə gizli sövdələşməyə yapan Koçaryan Putinin dəstəyilə həm Ermənistanda mütləq hakim olmaq, həm də birinci Qarabağ müharibəsində Ermənistanın Azərbaycana yaşatdığı acıları yenidən yaşatmağa nail olacağına inandırıb...

İkinci Qarabağ müharibəsində Ermənistanı məğlub duruma salan, Sorosun adamı, Amerikanın ajanı sayılan Paşinyanı devirmək üçün, guya, Putin daim düşmənçilik etdiyi Azərbaycanla işbirliyində olması Qərbdə və Ermənistanda çox vurgulanır. Bu iddia tam yalan olsa da, seçiciləri çaşdırmaq üçün Paşinyann tərəfdarlarına bu iddia yetərli görünür.

Bəzi daxili və xarici düşmənlər isə, hətta iddia edirlər ki, Azərbaycan Rusiyanın düşməni yox, onun vassalıdır.

Bu ifadəni işlədənlər son 2 əsr ərzində Rusiyanın Azərbaycana qarşı etdiyi düşmənçiliyə diqqət etsələr, yəqin bu iddiaya bəlkə, heç özləri də inanmazlar, amma təəssüf ki, bu cür yanlış düşünənlər hələ də çoxdur.

Çar Rusiyası və Sovet dönəmində, habelə müstəqillik qazandıqdan sonra Azərbaycanda baş vermiş bütün qanlı faciələrin törədilməsi, torpaqlarımızda Ermənistan kimi quduz düşmən dövlətin yaradılması, məhz Rusiyanın düşmənçilik əməllərinin nəticəsində baş verdiyini nəzərə alsaq, Rusiyanın heç vaxt Azərbaycana dost olmadığını, daim düşmən olduğunu təsdiq etmək çətinlik verməz.

ABŞ-ın Soros fondunun maliyyə dəstəyilə Ermənistanda hakimiyyətə gələmiş Paşinyanı devirmək və həm Türkiyənin regiona daxil olmasının qarşısını almaq məqsədilə Putinin Köçəryanla Azərbaycana qarşı yeni müharibə hazırlıqları aparması iddia olunur.

Putinin Ermənistanı sürətlə silahlandırması, Qarabağda döyüş təlimləri keçirməsi, ermənilərin Azərbaycan sərhədlərini və ərazilərini atəşə tutması, Ermənistanın terrorçu diversiya qruplarının ölkəmizin ərazisinə göndərilməsinə maneə olmaması, işğaldan azad olunmuş ərazilərə basdırılmış mina xəritəsinin Azərbaycana bazarlıqsız verməməsinə susması və Ermənistana təsir etməməsi faktlarını "Rusiyanın ölkəmizə qarşı düşmən münasibəti göstərir"dən başqa cür adlandırmaz olmaz.

Rusiya sülhməramlılarının atəşkəs bəyanatının 4-cü maddəsində əks olunmuş tələblərin yerinə yetirilməməsini, Ermənistan hərbi birləşmələrinin Qarabağdan çıxarılmasını, Naxçıvanla Azərbaycanı birləşdirəcək Zəngəzur dəhlizinin açılmasını və Qarabağda silahlı dəstələrin ləğv edilməsini hələ də təmin etməməsi də Putinin ölkəmizə düşmənçiliyini təsdiq edən faktlardır...

Qardaş Türkiyə isə Rusiyanın Qarabağda müharibəyə hazırlıq gördüyünü, əraziyə qaçaq əsgər və silah daşıdığını Rusiya-Türkiyə birgə Müşahidə mərkəzindən qaldırılan SİHA-lar vasitəsilə addım-addım izləyir və Rusiyanın Azərbaycana qarşı hazırladığı təhdidə qarşı ciddi tədbirlər görür...

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov bu günlərdə Rusiyanın Qarabağ ərazisinə Laçın vasitəsilə qaçaq silah və əsgər daşıması barədə mətbuata verdiyi açıqlama reallıqdır və faktlarla təsdiq olunub...

Türkiyə prezidenti R. T. Ərdoğanın hazırda Azərbaycana, Şuşaya səfəri də Rusiyanı ayılması çətin olan şoka salıb. Rusiya daim bu səfərin baş tutmaması üçün bütün vasitələrdən istifadə etsə də, çirkin məqsədinə nail ola, Prezident İlham Əliyevin müqavimətini və dəmir iradəsini qıra bilmədi...

İki qardaş Türk dövləti Prezidentlərinin Şuşada imzaladıqları tarixi "Şuşa Bəyənnaməsi" Türkiyə və Azərbaycanın bir İttifaqda birləşdiyini ehtiva etməsi istənilən düşmən dövlətin, o cümlədən Rusiyanın Azərbaycanı təhdid etmək cəhdinin qarşısına sipər çəkdi!

Türkiyə prezidentinin Şuşaya ailəlikcə səfər edəsi və iki qardaş ölkə rəhbərlərinin orada mühüm sənədlər imzalaması Putinin ölkəmiz haqqında gizlin planlarının üstündən də silinməz qara xətt çəkdi...

Bütün bunlarla yanaşı, qardaş ölkə prezidenti Ərdoğanın "Azərbaycana hərbi müdaxilə olarsa, Türkiyə dərhal həmin müharibəyə qatılacaqdır!- ifadəsi də Rusiyanı yerində oturdub və bu ifadə Putinin Qafqaz barədə düşüncəsini alt-üst edib.

Rusiyanın Azərbaycana qarşı Ermənistan vasitəsilə qurduğu gizli oyunların asanlıqla və təkbaşına qarşısını almağın çətinliyini hiss edən ölkə Prezidenti də dövlətimizin təhlükəsizliyini təmin etmək üçün qardaş Türkiyə dövlətilə birlikdə ölkəmizin təhlükəsizliyinin təmin olunması istiqamətində hazırlıq işlərini uğurla davam etdirməsi düşmənlərin yuxusunu qaçırıb...

Gəlin, birlikdə ucadan deyək: "Yaşasın Türki-Azərbaycan İttifaqı"!!!

0.018722057342529