Azərbaycan təhsil sahəsində "Rəqəmsal iqtisadiyyat" düyünü

Azərbaycan təhsil sahəsində
 

“Rəqəmsal iqtisadiyyat” dedikdə əksər insanların ağlına internet vasitəsilə idarə olunan iqtisadiyyat gəlir. Əslində, rəqəmsal iqtisadiyyat daha geniş anlayışdır.

Rəqəmsal iqtisadiyyat insanlar, müəssisələr, cihazlar, məlumatlar və proseslər arasında milyardlarla gündəlik internet bağlantısı nəticəsində ortaya çıxan, başqa bir deyimlə kompüter texnologiyalarına əsaslanan iqtisadi fəaliyyətdir. İnternet və digər rəqəmsal kommunikasiya texnologiyalarının vasitəsilə həyata keçirilən iqtisadi, sosial, mədəni fəaliyyətləri əhatə edir. Beləliklə, rəqəmsal iqtisadiyyatın konkret bir tərifi yoxdur.

Maraqlıdır, Azərbaycan təhsil sahəsi bu inkişafın hansı yerindədir? 

Bu və digər maraqlı məqamlar musahibim, dos.İlham Əhmədovun şərhində.  

 

Dosent İlham Əhmədov
 

Dosent İlham Əhmədov: “ Ölkədə Rəqəmsal iqtisadiyyatın qurulması istiqamətində cəhdlər edilir. Bu işin uğuru ölkədə insan kapitalının və ali təhsilin inkişaf səviyyəsindən asılıdır. Nazirlər Kabineti və Təhsil Nazirliyi 3- 4 il əvvəl ölkədə "TƏDQİQAT UNİVERSİTETLƏRİ"nin yaradılması barədə qərar qəbul etdi, əsasnamə hazırlandı.

Maraqlıdır, görəsən bu günədək neçə TƏDQİQAT UNİVERSİTETİ yaradılıb?
Əgər ölkənin heç bir universitetində normal distant təhsil sistemi hələ də yoxdursa, o zaman orada rəqabətqabiliyyətli, müasir, keyfiyyətli ali təhsildən necə danışmaq olar?
Yaxın 3-4 ilə gənclərimizin kütləvi şəkildə xarici universitetlərdə distant təhsilə meyllənməsi çox real görünür.
Bu halda yerli universitetlərimiz fəaliyyətini davam etdirə biləcəklərmi?
Suallar çox, cavablar, real proqnozlar isə yoxdur. Tələbələrimizin gələcəkdə kütləvi şəkildə xarici universitetlərdə təhsilə meyllənməsinin çox səbəbləri var. Bəzilərini qeyd edək: 1. Mükəmməl tərcümə proqramlarının yaradılması və artıq dil baryerinin olmaması, səsli sinxron tərcümənin mümkünlüyü;
2. Yerli universitetlərin keyfiyyətsiz təhsil verməsi, bizim diplomlardan fərqli olaraq xarici universitetlərin diplomlarının bütün dünyada tanınması və.s.;
 2008-ci ildə Hacəttəpə Universiteti və ADPU birgə "Qloballaşma və Təhsildə İKT" adlı beynəlxalq konfrans təşkil etmişdi. Türkiyə Cümhuriyyətindən 200 nəfər professor konfransda iştirak edirdi. Bu beynəlxalq konfransda plenar məruzəçisi kimi çıxış etdik və bir sıra bu kimi faktları məruzəmizdə qeyd etdik.
Təhsil Nazirliyinin o vaxtkı rəhbərliyi konfransda iştirak edirdi. Diqqətlə məruzəni dinlədilər. Düşündüm ki, yəqin universitetlərin inkişafı ilə əlaqəli hərəkətə gələrlər. Amma çox təəssüf ki, bu sahədə nə onda, nə də sonralar heç kim, heç nə etmədi.
Universitetlərin inkişafına xidmət etməli çox qiymətli 15-20 ilimizi hədər verdik. Ölkədə distant təhsilin yaradılmasına Təhsil Nazirliyinin uzun illər ərzində maneəçilik törətməsi, ali təhsilimizin rəqəmsallaşması prosesini qura bilməməsi, ali təhsildə keyfiyyətin aşağı olmasl, 16 il ərzində heç bir universitetimizin Boloniya Standartlarına cavab verə bilməməsi ( bu iş 2010-cu ildə tamamlanmalı idi ), ali təhsilin real ehtiyaclarından xeyli aşağı səviyyədə maliyyələşməsi, ali məktəb müəllimlərinin təkmilləşdirmə və ixtisasartırma sisteminin dağılması universitetlərimizi qlobal inkişafdan xeyli geri salmışdır.
Belə ali təhsillə rəqəmsal iqtisadiyyatı necə qurmaq olar?

0.017866849899292