Arzu Rəhimov müharibə dövründə "oğulunu gizlədən"lərdən milyonlar qazanıb

Arzu Rəhimov müharibə dövründə
 

Arzu Rəhimovun rəhbərlik etdiyi Dövlət Xidmətində baş verən qanun pozuntuları davamlı olaraq mediada işıqlandırılır. Buna baxmayaraq, Arzu Rəhimov rəhbərlik sahəsində heç bir dəyişiklik etmək istəmir. Görünür, mövcud durum xidmət rəisinin maraqlarına tam cavab verir.
Hamı bilir ki, Arzu Rəhimov vəzifəyə təyin olunduqdan sonra, qurumun bütün maliyyə əməliyyatlarına özü nəzarət etməyə başlayıb:
“Neqoden” bilet biznesi və digər korrupsiya əməliyyatları da A. Rəhimovun inhisarında olduğu bildirilir. Bu isə ona milyonlar qazanmaq üçün yaxşı rüşvət almaq fürsəti yaradıb.
Saytımızın poçtuna daxil olan məlumata görə, Arzu Rəhimov 44 gün davam edən müharibə dövründə məmurlardan, oliqarxlardan, biznesmenlərdən və imkanlı adamlardan külli miqdarda rüşvət alaraq, onların övladlarını hərbi çağırışdan azad edib, bir qrupu hərbi hissədə arxada saxlayıb, digərlərini "koronovirusa yoluxub" bəhənəsilə döyüşdən yayındırıb.

Övladları müharibədə döyüşüb şəhid və əlil olmuş əsgərlərin valideynlərindən daxil olan məlumatlarda qeyd olunur ki, ölkənin bütün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrindən bir nəfər də olsun imkanlı adamın övladı müharibədə iştirak etməyib.

Bu faktlardan nəticə belə çıxarırıq ki, Ermənistanla Azərbaycan arasında müharibə şəraitində keçmiş son 30 il ərzində onminlərlə şəhid və qazi arasında irili-xırdalı nə məmur, nə deputat, nə də bir nəfər imkanlı adamın övladı yoxdur! Bax, budur Azərbaycan reallığı!!!

Mətbuatdan əldə etdiyimiz məlumatlara görə, A. Rəhimov hərbi komissarlığa xidməti uniformaları satır.
Dövlət tərəfindən komissarlıq işçilərinə pulsuz paylanmalı olan uniformalar A. Rəhimov tərəfindən pulla satılır. Nəticə etibarı ilə Xidmət rəisi dövlətin verdiyi geyimlərdən böyük gəlir əldə edir.
Amma qeyri-rəsmi həyata keçirilən bu əməliyyata görə, rəislərdən heç kəs yuxarılara şikayət edə bilmir. Hər bir SHXÇDX əməkdaşı ehtiyat edir ki, vəzifəsindən kənarlaşdırıla bilər.

A. Rəhimovun uniformalarla yanaşı, komissarlıq binalarının təmiri və tikintisi işlərindən də pul mənimsədiyi iddia deyilir. Deyilənə görə, Xidmət rəisi regionlarda komissarlıqların təmir və yenidənqurulması işlərinin xərcini komissarların boynuna qoyur. Baxmayaraq ki, dövlət tərəfindən bu işlərə kifayət qədər vəsait ayrılır.
Amma A.Rəhimov təmirə ayrılan maliyyəni mənimsəyərək, xidmət rəislərini öz cibindən xərc çəkməyə məcbur edir. İddiaya görə, bu hal bütün ölkə boyu yaşanır. Məsələn, Dövlət Xidmətinin rayon şöbəsinin rəislərindən biri cibindən (yığdığı rüşvətdən) təmirə 120 min manat xərclədiyini yaxınlarına deyib. Hətta o, yaxın çevrəsinə danışıb ki, bunun üçün evini satmağa məcbur olub.
Generalın uniforma və komissarlıq binaları təmiri biznesi onun var-dövlətinin artmasına, oliqarxa çevrilməsilə nəticələnib və A. Rəhimov hərbi sahədə məmur deyil, "zırpı" oliqarxa çevrilib.

Bakı şəhəri Nərimanov rayon Teymur Əliyev küçəsində, Ukrayna Respublikasının ölkəmizdəki səfirliyi yaxınlığında yerləşən A. Rəhimova məxsus olan çoxsaylı və bir neçə milyonluq malikanələrdən biri olan bina heç də əmək haqqı ilə alınmayın, A. Rəhimovun vəzifədə topladığı milyonlarla rüşvət və korrupsiya hesabına alınıb.

Çox maraqlıdır ki, ölkədə səfərbərliyə birbaşa rəhbərlik edən və rəhbərlik etdiyi sahənin bütün xərclərini dövlətin qarşıladığını diqqətə alsaq, Arzu Rəhimovun belə cah-cəlala necə sahib olmasının səbəbinin rüşvət və korrupsiya olduğu hamıya aydındır.

Azərbaycanda məmurlar əmlak vergisindən yayınmaq üçün belə dəb-dəbəli daşınmaz əmlakları bəzən yaxın qohumlarının, sürücülərinin və digər şəxslərin adına sənədləşdirərək gözdən “pərdə” asırlar. A. Rəhimovun da bu "metoddan" faydalanması ehtimalı yüksəkdir.

Mediada gedən məlumatda iddia edilir ki, generalın malikanəsində hazırda yaşayış yoxdur. Şahidlərin dediyinə görə, malikanəsinin qarajında 10-a yaxın inomarka lüks avtomobil var! Bu avtomobillərin ümumi dəyəri 700 min manata yaxındır. Arzu Rəhimovun bu malikanəni Tahir adlı şəxsdən 2 milyon manata aldığı deyilir. Hazırda malikanəyə Arzu Rəhimovun sürücüsü olmuş şəxs nəzarət edir.

Danmaq mümkün deyil ki, A.Rəhimovun Dövlət Xidmətində gizli təşkil etdiyi uniforma biznesi, rüşvət çarxı, maliyyə maxinasiyaları, əsgərlikdən yayındırma biznesi kimi cinayətləri onu ölkənin böyük monopolistlərindən birinə çevirib.
SHXÇD Xidmətin yaranma tarixi təzə olduğu halda, xidmər rəhbəri A. Rəhimov bu sahəyə çox az müddətdə rəhbərlik etməklə milyonlar sahibi olub, böyük maliyyə əldə edib və oliqarx-generala çevrilib.

Mediada yazılanlara görər, dövlət xidmətinin yarandığı gündən bu yana yarıtmaz fəaliyyəti, bu yarıtmazlığın birbaşa olaraq rəhbərlikdən qaynaqlanması, SHXÇDX-da fantan vuran  rüşvət və korrupsiya halları, habelə digər mənfi faktlar bu sahədə ciddi kadr dəyişiklərini zəruri edir:
“Arzu Rəhimovun rəhbərlik etdiyi qurumun xidmət rəisi müharibə şəraitində yaşamağımıza baxmayaraq, saxta hərbi bilet sataraq, milyoner “iş adamına” çevrilməsi qüvvədə olan qanunlara görə də cinayətdir.
Saxta verilən hərbi biletin qiymətini hazırda 7000-10000 manat arasında satan rayon şöbə rəisləri o qədər arxayındır ki, ölkə Prezidentinin rüşvət və korrupsiyaya qarşı elan etdiyi mübarizədən belə çəkinmirlər.

Maraqlıdır, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çalışanların övladlarının böyük hissəsi ya hərbi xidmətdən yayınır, ya da cəbhə bölgəsindən kənarda yerləşən hərbi hissələrdə xidmət edirlər.
Daha əvvəl Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun oğlu Murad Rəhimovun da hərbi xidmətdən yayınması haqqında  məlumat geniş yayılmışdı.

Məlumdur ki, Azərbaycanda struktur və kadr islahatları gündəmdədir. Hökumət açıq şəkildə bəyan edib ki, dərin islahat rejiminə keçib. Bu halda adı ölkədə rüşvət və korrupsiya fəaliyyətinə görə, faş olan SHXÇDX-nin Müdafiə Nazirliyinə birləşdirilməsinin və ya ASAN XİDMƏTƏ verilməməsi başadüşülən deyil!
Mətbuatda dərc olunmuş faktlara əsasən, 2016-2020-cı illər üzrə dövlət büdcəsində “Müdafiə”bölməsinin “Müdafiə Qüvvələri” köməkçi bölməsinin “Ordu və donanma” paraqrafı üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saxlanması üçün nəzərdə tutulmuş vəsait mənimsənilib.
Bu cür hallar qurumun ləğv edilərək səlahiyyətlərinin Müdafiə Nazirliyinə ya da ASAN Xidmətə verilməsini vacib edir.
Beləliklə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini korrupsiyaya qurşanması səbəbilə ləğv etmək və ya başqa quruma birləşdirməzdən əvvəl, mütləü rəhbərlikdə dəyişik edilməlidir və Arzu Rəhimov vəzifədən azad olub, həbs olunmalıdır…

Mahir

0.032332181930542