Şəhid Elvin Mustafayev dəfn edilib

Şəhid Elvin Mustafayev dəfn edilib
 

44 günlük Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Elvin Mustafayevin nəşi Gəncəyə gətirilib və ailəsinə təhvil verilib.

Paralel.az xəbər verir ki, hazırda onunla vida mərasimi keçirilir. Mərasimdə şəhidin yaxınları ilə yanaşı ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və şəhər sakinləri iştirak edir. 

Vida mərasimindən sonra Şəhid Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, E.Mustafayev müddətdən artıq həqiqi hərbi xidmətdə olan əsgər olub.Ailəli idi, 3 övladı yadigar qalıb.






0.023739814758301