Zaur Həsənovun özünü yandıraraq intihar etməsi yəqin ki, heç kimin yadından çıxmayıb

Zaur Həsənovun özünü yandıraraq intihar etməsi yəqin ki, heç kimin yadından çıxmayıb
 

Son zamanlar əhalinin həssəs qrupu olan Birinci İkinci Qarabağ müharibəsi iştirakçıları, qazilər şəhid ailələrinə qarşı müxtəlif çinli məmur sahibkarların kobud davranışları barədə həyacanlı xəbərlər eşitməyə az qala vərdiş etmişik. 

Bir neçə il əvvəl Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyası ilə uzun mübahisədən sonra Qarabağ döyüşlərində sağlamlığını üçüncü dərəcəli əlilliyə qədər itirmiş Zaur Həsənovun özünü yandıraraq intihar etməsi yəqin ki, heç kimin yadından çıxmayıb.

Yadınızdadırsa o zaman qazimizi həkimlər xilas edə bilmədi, bir neçə gündən sonra Zaur Həsənov xəstəxanada dünyasını dəyişdi. Belə bir hadisənin baş verdiyi ilk andan, insidentin yarandığı gündən Azərbaycan hökuməti bu barədə ölçü götürməli idi. Çox təəssüflər olsun ki, bu baş vermədi. Ona görə canı boğazına yığılan, bezdirilən neçə qazimiz canına qıydı, neçəsi əsəblərini cilovlaya bilməyib intiharın digər üsullarına əl atdı, maşınını, evini yandıranlar oldu.

Bu günə qədər onlarla belə hadisələrin şahidi olmuşuq bu proses bu gün davam edir. İkinci Qarabağ savaşına hazırlaşanda (Azərbaycan vətəndaşları torpaqlarımızın azadlığı uğrunda bir savaşın olacağına tam əmin idi) belə bir düşüncə var idi ki, bizim veteranlara, qazilərə şəhid ailələrinə bu cür münasibət sərgilənirsə, torpaqlarımız uğrunda döyüşməyə kimsə tapılacaqmı? Amma bu millətin namusu, qeyrəti o etinasız münasibətə qalib gəldi, hamı kin-küdurətini udaraq vətən uğrunda savaşa yollandı.

Bəli, 44 günlük müharibədə bütün Azərbaycan xalqı savaşdı. Lakin buna baxmayaraq, bu etinasızlığa hələ son qoyulmayıb, hələ , onlarla narazı müharibə iştirakçımız, qazimiz şəhid ailələrimiz var.

Budur, onlardan biri, birinci qrup Qarabağ əlili, Biləcəri qəsəbə sakini, qazi Məhəmmədəli Hacıyev özünü yandıraraq intihara cəhd edib. Sosial şəbəkələrdə yayılan məlumata görə bir qədər əvvəl polis Binəqədi rayonu ərazisində yerləşən "Sevgi Palase" şadlıq sarayının qarşısında meyvə satan 1-ci qrup Qarabağ əlili Məhəmmədəli Hacıyevlə kobud davranıb, onun meyvə-tərəvəz piştaxtasını dağıdıb. Buna etiraz olaraq qazimiz intihara cəhd edib - özünü yandırıb. Qazimizin durumu ağırdır, hazırda 5 saylı şəhər klinik xəstəxanasındadır.

Şahnaz Salehqızı

 

0.016254901885986