KTN-də müəmmalı kadr islahatları – Rövşən Əliyev bu quruma niyə gətirilib?

KTN-də müəmmalı kadr islahatları – Rövşən Əliyev bu quruma niyə gətirilib?
 

Son günlər KTN-də aparılan şübhəli kadrlarla bağlı təyinatların baş verməsi ölkə mediasının gündəm müzakirəsi olub. Demək olar ki, həm media, həm də aktiv ictimaiyyət üzvləri KTN – dəki müəmmalı və sirli kadr islahatların danışır.

Məhz elə bu günlərdə də RealMedia.az-ın redaksiyasına KTN-dəki mənbələrdən daxil olan məlumatlarda  “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”ndə baş verən sirli kadr  islahatları haqda və bu təyinatların bəzi qaranlqı məqamları haqqında bilgilər daxil olub. 

Belə ki,“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nin direktoru Fəda Abbasov keçmiş sələfi Anar Hüseynova yaxınlığı ilə seçilən şəxsləri uzaqlaşdırmağa başlayıb. Onsuzda Azərbaycanda bütün dövlət qurumlarında vəziyyət hər zaman belə olub. Gələn öz adamlarını yerləşdirir sələfinin kadrlarını qovur. İndi eyni yolla Fəda Abbasov gedir.

Realmedia.az-a daxil olan məlumatda iddia edilir ki, hazırda Azəraqrarda əsas işlərə nəzarəti yeni direktorun yeni müavini Rövşən Əliyev həyata keçirir. Adı çəkilən şəxs uzun müddət İmişli şəkər Zavodunda baş aqranom və direktor vəzifələrində işləyib.

“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”ndə Rövşən Əliyevin aylıq əmək haqqısı 2500 manat olan işdən çıxaraq direktor müavini vəzifəsinə gəlməsinə müəmmalı baxırlar.

Aldığımız məlumata görə “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nin bütün idarələrinə öz kadrlarını təyin etməyə çalışan Rövşən Əliyevin məqsədi tam başqadı.

Deyilənə görə Rövşən Əliyev kadrlarının vasitəsi ilə dövlət torpaqlarını müxtəli sahibkarların adı ilə icarəyə götürərək böyük əkinçilik biznesinə girişmək istəyir.

Bildirək ki, Rövşən Əliyevin hansı idarəyə hansı şəxsləri yerləşdirməsi ilə bağlı saytımıza daxil olan məlumatları dəqiqləşdirdikdən sonra oxucularımızın diqqətinə çatdıracağıq.

Bizi izləməkdə davam edin.

P.S. Məqalədə qeyd edilən bütün faktlar medaiada dərc edilib və təkzib edilməyib. Qarşı tərəf kimi  yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Mənbə RealMedia.az

0.015420913696289