9 yaşlı bədii qiraətçidən Ermənistanın mina terroru və ANAMA-nın fədakarlığı ilə bağlı maraqlı şeir
44 günlük Vətən müharibəsi Azərbaycan ordusunun tarixi qələbəsi ilə başa çatsa da, rəsmi İrəvan hələ də minalanmış ərazilərin xəritəsini Azərbaycana vermək istəmir. Təəssüflər olsun ki, beynəlxalq təşkilatların və aparıcı dövlətlərin bu məsələdə Ermənistana heç bir təzyiq göstərməməsi, mina terroruna səssiz qalması müşahidə edilir.
Moderator.az xəbər verir ki, bugünlərdə 9 yaşlı bədii qiraətçi Zəhra İmranlı Ermənistanın mina terrorunu ifşa edən maraqlı şeirlə çıxış edib. “Cəsur ANAMA” adlı şeirdə Ermənistanın mina terroru, o cümlədən beynəlxalq təşkilatların, aparıcı dövlətlərin baş verənlər fonundakı susqunluğu sərt tənqid edilir, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) işğaldan azad edilən əraziləri minalardan təmizləmək üçün ortaya qoyduğu fədakarlığa xüsusi diqqət çəkilir.
Ölkəmizin və dünyamızın mövcud reallığı ilə səsləşən, ANAMA-çıların cəsarət və peşəkarlığını vəsf edən həmin şeiri «Paralel.az» saytından oxuya bilərsiniz.