Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan may ayının 2-ci yarısında Şuşaya gedəcəklər

Prezident İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan may ayının 2-ci yarısında Şuşaya gedəcəklər
 

Azərbaycan və Türkiyə prezidentləri – İlham Əliyev və Rəcəb Tayyib Ərdogan may ayının 2-ci yarısında Şuşaya birgə səfər edəcəklər.  Paralel.az xəbər verir ki, bu haqda məlumat "Operativ Məlumat Mərkəzi” Telegram kanalında yayılıb.

Onu da xatırladaq ki, bu ilin martın 31-də Türk Şurasının qeyri-rəsmi Zirvə toplantısında Türkiyə Prezidenti Rəcəb Teyyub Ərdoğan Ramazan bayramından sonra Şuşa şəhərinə gedəcəyini bildirmişdi.

"İstəyirik ki, ən qısa zamanda - Ramazan bayramından sonra Şuşanı ziyarət edib yeni bir bayram yaşayaq", - R.T. Ərdoğan belə deyib.

Dövlət başçısı işğaldan azad olunan Dağlıq Qarabağ bölgəsində 67 məsciddən 63-nün dağıdıldığını bildirib: "Kilsələr də tar-mar edilib".

O, 1918-c il haidələrinə toxunaraq deyib ki, bu gün azərbaycanlıların qətliama məruz qaldığı gündür: "Biz heç zaman Xocalı qətliamını kənara qoymayacağıq. Qarabağda türk mirasının qorunması üçün Azərbaycanın yanında olmağımız önəmlidir".

Qeyd edək ki, 1992-ci ildə işğal edilən Şuşa şəhəri 2020-ci ilin 8 noyabrında azad olunub.

0.017350912094116