Azad Rəhimovun vəziyyəti ağır olaraq qalır

Azad Rəhimovun vəziyyəti ağır olaraq qalır
 

Azərbaycan Respublikasının Gənclər və İdman naziri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Azad Rəhimov dünyasını dəyişib.

MillətinSəsi.info xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin rəsmi feysbuk səhifəsi məlumat yayıb: "Ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan mərhuma rəhmət diləyirik", - məlumatda deyilir.

Milli Olimpiya Komitəsinin rəsmi "facebook" səhifəsində Gənclər və İdman naziri vəfat etməsi ilə bağlı post paylaşıb.

Daha sonra isə həmin paylaşım silinib. Milli Olimpiya Komitəsinin sözcüsü Günay Malikqızı bildirib ki, Azad Rəhimov ilə bağlı yeni paylaşım ediləcək: "Postun silinməyinə səbəb yenisi ilə əvəz olunmasıdır. Yeni paylaşım ediləcək. Nazirin vəfatı ilə xəbəri vermək bizim yox, Gənclər və İdman Nazirliyinin səlahiyyətindədir".

Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova isə bildirib ki, Gənclər və idman naziri Azad Rəhimovun vəziyyəti ağır olaraq qalır.  O, bəzi tanınmış şəxslərin sosial şəbəkələrdə Azad Rəhimovun dünyasını dəyişməsi ilə bağlı iddialar səsləndirməsinin populizm və gündəmdə qalmaq məqsədi daşıdığını bildirib. S.Məmmədova ağ ciyər xərçəngindən əziyyət çəkən nazirin vəziyyətinin ağır olduğunu qeyd edib.

Azad Arif oğlu Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində qulluqçu ailəsində anadan olub.

1981-ci ildə məktəbdə orta təhsilini bitirib və həmin il Azərbaycan Dillər Universiteti nin ingilis dili fakültəsinin əyani şöbəsinə daxil olub.

Əmək fəaliyyyətinə 1984-cü ildə Xətai rayonu 245 saylı məktəbdə komsomol katibi vəzifəsi ilə başlayıb.

1986-cı ildə Azərbaycan Dillər Universiteti nin ingilis dili fakültəsinin axşam şöbəsini bitirərək, ingilis dili müəllimi ixtisası üzrə ali təhsil alıb. 1986-cı ilin iyun ayından 1987-ci ilin noyabr ayınadək Moskva şəhərində həqiqi hərbi xidmətdə olub.

1987-1989-cu illərdə Azərbaycan LKGJ Xətai rayon komitəsində şöbə müdiri vəzifəsində işləyib.

1989-1990-cü illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri vəzifəsində işləyib. 

1994-1998-ci illərdə “Ros-İMESKO” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru olub.

1998-ci ildən7 fevral 2006-cı il tarixədək “İtaldizayn” Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində işləyib.

2005-ci ildən Azərbaycan İdman Rəqsləri Federasiyasının Prezidentidir.

2006-cı ildə Azərbaycan Respublikası gənclər və idman naziri təyin olunub.

0.024662971496582