"İsgəndər-M" raketini Ermənistana kim verib?

 

İlham Əliyev bunu ilk dəfə açıqladı

Hacıqabula səfər edən ölkə Prezidenti orada bir neçə yeni obyektlərin açılışını edib AzTV -  müsahibə verib. Prezident müsahibəsində sensasiya sayılan açıqlama ilə çıxış edib. Belə açıqlamadan biri müharibə dövründə erməni silah alverçilərinin Rusiyadan Ermənistana qaçaq silah daşıması barədədir.

Prezident bu məlumatları ilk dəfə açıqlayır:

" ...Müharibə dövründə qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilib. Rusiya tərəfi ən yüksək səviyyədə bütün səviyyələrdə, aidiyyəti qurumlar səviyyəsində bu məsələ ilə bağlı Azərbaycan tərəfindən məlumatlandırılıb. Hətta biz beynəlxalq aviasiya təşkilatı olan ICAO-ya rəsmi məktublar göndərmişik. O məktublarda deyilmişdir ki, biz dəqiq bilirik, reyslərin nömrələrini vermişdik, yazmışdıq, bu təyyarələrlə, sərnişin təyyarələri ilə Rusiyadan Ermənistana silahlar gətirilir. Silahların növlərini göstərmişdik.

Baxmayaraq ki, müharibə dövründə dəfələrlə belə məktublar göndərilmişdir, ancaq ICAO-dan heç bir cavab gəlməmişdir. Amma biz dəqiq bilirik ki, bir erməni silah alverçisi David Qalustyan Rusiyada oturub Rusiya hərbi zavodlarından qanunsuz yollarla silahları alıb sərnişin təyyarələri ilə göndərib. O silahların pulunu Rusiyada fəaliyyət göstərən erməni oliqarxları ödəyib - Abramyan, Karapetyan. Bu, cinayətdir. Onlar buna görə cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Bu silahlar müxtəlif qaçaqmalçılıq yolları ilə Ermənistana göndərilmişdir. Biz onu da Rusiya tərəfinə bildirmişdik ki, David Qalustyan Ermənistanın keçmiş müdafiə naziri Tonoyanın biznes şərikidir. Onlar bunu, eyni zamanda, qanunsuz qazanc kimi edirdilər. Təsadüfi deyil ki, acı məğlubiyyətdən sonra Ermənistanın müdafiə naziri, hansı ki, Azərbaycanı yeni müharibə ilə hədələyirdi, vəzifədən çıxarıldı. Onun bir biznes şəriki David Qalustyan həbs olundu. Ermənistanda indi istintaq aparılır. Əgər istintaq ədalətli aparılarsa, dediyim bütün faktlar üzə çıxacaq. Bizdə faktlar var. Lazım olarsa, biz bu faktları açıqlamağa hazırıq. Mənim dediyim sözlər deyil, faktlardır. Qaçaqmalçılıq olub. Sərnişin təyyarələri ilə silah daşınıb. Bu, ümumiyyətlə, qanunazidd əməldir. Rusiyada yaşayan erməni oliqarxlar - həmin bu Karapetyan ilə Abramyan bir yük təyyarəsini almışdılar. Çünki Ermənistanda yük təyyarəsi belə, yox idi. Silahları daşımaq mümkün deyildi. Müharibə dövründə bir yük təyyarəsi almışdılar. O yük təyyarəsi ilə silahları qanunsuz olaraq Ermənistana aparıblar.

Yəni, biz bir çox şeyləri bilirik. Sadəcə olaraq, lazım olan vaxtda məqamda bəzi şeyləri açıqlayırıq. Bugünkü məlumat Azərbaycan ictimaiyyətinə ilk dəfədir ki, çatdırılır. Belə məlumatlar bizdə çoxdur. Ona görə hesab edirəm ki, bütün tərəfdaşlar bizimlə səmimi davranmalıdırlar. Çünki səmimiyyət dostluq qarşılıqlı olmalıdır".

Ölkə Prezidenti çıxışında Rusiyadan Ermənistana külli miqdarda silahlar gətirilməsini Rusiyada yaşayan erməni oliqarxların silah qaçaqmalçılığı yolu ilə əldə etmələrini qeyd edərək, ağır cinayət işlədiklərini bildirib. "İsgəndər-M" raketi barədə Rusiya rəhbərliyinin ən yüksək səviyyələrdə məlumatlandırıldığını qeyd edən dövlət başçısı birbaşa olmasa da, dolayısı ilə raketin Ermənistana verilməsinə şərait yaradan Rusiyanın dostluqda səmimi olmadığını da sətiraltı qeyd edib.

Müsahibədən aydın hiss olunur ki, Prezident Rusiyanın Cənubi Qafqaz regionunda baş verən bütün münaqişələrin müəllifi olduğunu bir daha diplomatik üsulla ictimaiyyətə təqdim edir.

"İsgəndər-M" raketinin Rusiyaya məxsus olduğu halda, bu ölkənin adının birbaşa çəkilməməsi,  raketin erməni oliqarxlar tərəfindən alınıb Ermənistana verilməsi barədə Rusiya hökumət dairələri tərəfindən uydurulan belə fikirlərə inanmaq mümkün deyil. Rusiyanın satışı qadağan olunmuş "isgəndər-M" raketi biznes məhsuludur ki, həmin raket dövlətin nəzarətindən kənarda olsun, erməni oliqarxlar da onu satın alıb Ermənistana versinlər Ermənistan da bu raketdən Rusiyanın xəbəri olmadan Azərbaycana qarşı istifadə etsin?!..

Prezidentin müsahibəsində cəlbedici açıqlamalardan biri Naxçıvanla Azərbaycanı birləşdirəcək dəhlizin açılması barədə söylədiyi qəti fikirdir. Dövlət rəhbəri haqlı olaraq qeyd edir ki, 101 il bundan əvvəl ölkəmizdən qanunsuz olaraq qoparılan Zəngəzura mütləq qayıdacağıq!

10 noyabr 2020-ci ildə üç dövlət tərəfindən imzalanmış 9 bənddən ibarət olan atəşkəs bəyanatında əks olunmuş Naxçıvan dəhlizinin açılmasına Ermənistan hələ müqavimət göstərir. Lakin ölkə Prezidenti çox aydın şəkildə vurğuladı ki, biz o dəhlizi mütləq açacağıq, lazım gəlsə, zor gücünə açacağıq!

Dövlət başçımızın Hacıqabulda televiziyaya verdiyi müsahibədə toxunduğu ciddi məsələlər ölkə dünya ictimaiyyəti media tərəfindən maraqla qarşılanıb. Prezident İlham Əliyevin fikirləri xarici mətbuatın, xüsusən qardaş Türkiyə mediasının gündəmini bəzəməsi heç təsadüfi deyil.

Hazırda ölkə ictimaiyyətini narahat edən ciddi müzakirə mövzusuna çevrilmiş mövzulardan biri Xankəndində keçirilməsi nəzərdə tutulan hərbi paraddır. Prezident müsahibədə bu mövzuya toxunmasa da, Ermənistanın torpağımızı işğal etmək məqsədilə verdiyi revanşist bəyanatlara münasibət bildirərək qeyd edib ki, əgər Ermənistan belə bir istəyə düşərsə, ən ağır formada cəzalandırılacaq.

Ölkə başçısının sərgilədiyi mövqe göstərir ki, Rusiyaya arxalanaraq, Ermənistanın ölkəmizə qarşı yenidən sərsəm fikirlər səsləndirməsi Azərbaycan tərəfindən qəbul olunmur qətiyyətlə rədd edilir.

Cənab Prezidentin nikbin qətiyyətlə Ermənistanın mürtəce mövqeyi haqqında söylədiyi kəskin fikirlər hər bir ölkə vətəndaşının ruh yüksəkliyinə müsbət təsir göstərməklə yanaşı, ölkəmizdə milli birliyin möhkəmlənməsinə xidmətin bariz nümunəsi sayıla bilər.

Təcavüzkar Ermənistan himayəçilərin yardımı ilə ölkəmizə qarşı sərgilədiyi işğalçılıq siyasətini Azərbaycan dövlət başçısının qətiyyətlə pislənməsi, hər şeydən əvvəl ölkədə mövcud olan möhkəm milli birliyə, güclü hərbi potensiala, eyni zamanda, qardaş Türkiyə Pakistan dövlətlərinin mənəvi dəstəyinə söykənir. Türkiyə dövlətinin prezidenti R.T.Ərdoğanın, Milli Savunma bakanı Hulusu Akarın Dışişləri Bakanı M.Çavuşoğlunun Rusiya rəhbərliyilə mütəmadi təmaslarılə Azərbaycanın haqqını müdafiə etməsi Azərbaycan dövləti üçün çox böyük əhəmiyyətə malikdir. Rusiyanın Azərbaycana qarşı radikal mürtəce addım atmasının qarşısını alan maneələrdən birinin qardaş Türkiyədən Pakistandan çəkinməsilə bağlı olduğu heç kimə sirr deyil.

Rusiyanın son 200 ildə Azərbaycanın başına gətirdiyi bəlaları saymaqla bitmir. Rusiyanın imkanı olsaydı Azərbaycanı çoxdan özünün kiçik əyalətinə çevirərdi. Vaxtı ilə böyük əraziyə malik olan Azərbaycan dövləti Rusiyanın müdaxiləsilə hazırda kiçik əraziyə malikdir. Azərbaycan bu gün Rusiyanın təhdidlərilə, təzyiqlərilə üzləşir. Vətən Müharibəsində çox ağır məğlubiyyətə düçar olmasına baxmayaraq, hazırda da, Ermənistanın səsləndirdiyi sərsəm bəyanatlarının arxasında Rusiya dayanır. Rusiya zəifləyib sıradan çıxmadıqca, istismar təhdid etdiyi dövlətlərin, o cümlədən, müstəqil dövlət kimi Azərbaycanın normal fəaliyyət göstərməsi çətin olacaq.

0.027857065200806