Gəncə Şəhər İcra Hakimiyyəti yol təmirinə 4 milyon manat xərcləyəcək

Gəncə Şəhər İcra Hakimiyyəti yol təmirinə 4 milyon manat xərcləyəcək
 

Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Paralel.az xəbər verir ki, tender müsabiqəsinin qalibi "Gəncə Körpü Tikinti-2" ASC şirkəti olub.

"Gəncə Körpü Tikinti-2" ASC Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin sifarişi əsasında Gəncə şəhərində yolları təmir edəcək və bu iş üçün  3 milyon 971 min 349 manat 16 qəpik alacaq.

Məlumat üçün bildirək ki, "Gəncə Körpü Tikinti-2" ASC şirkəti 11.07.2002-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 143 min 104 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm ev 47-də yerləşir. ASC-nin qanuni təmsilçisi Rzayev Süleyman Qənbər oğludur.

0.025246858596802