Mədəniyyət Nazirliyi kənd klubunu 500 manata satışa çıxarıb - SİYAHI

Mədəniyyət Nazirliyi kənd klubunu 500 manata satışa çıxarıb - SİYAHI
 

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 4 may tarixində növbəti hərrac keçiriləcək.

Yeniavaz.com Dövlət Xidmətindən açıqlanan məlumata istinadən bildirir ki, hərracda Mədəniyyət Nazirliyinin tabeliyində olan bir sıra mədəniyyət evləri və klublar satışa çıxarılacaq.

Satışa çıxarılan ən ucuz obyekt Mədəniyyət Nazirliyinin Xaçmaz Regional Mədəniyyət İdarəsinə tabe olan Xaçmaz rayonunun Sərkərli kəndində yerləşən kənd klubu olacaq. Sahəsi 66,1 kv. metr olan kənd klubunun ilkin satış qiyməti 500 manat təşkil edir. Klubun yerləşdiyi 1021,2 kv. metr sahəsi olan torpaq sahəsi isə 1750 manat satışa çıxarılır.


Ən baha obyekt isə Ağcabədi Regional Mədəniyyət İdarəsinə tabe olan Ağcabədi rayonunun Sənlik kəndində yerləşən kənd klubu olacaq. Sahəsi 611,9 kv. metr olan kənd klubunun ilkin satış qiyməti 20 000 manat təşkil edir. Klubun yerləşdiyi 5 737,9 kv. metr sahəsi olan torpaq sahəsi isə 10 000 manat satışa çıxarılır.

4 may tarixində satışa çıxarılacaq mədəniyyət evləri və klubların siyahısını təqdim edirik:

Obyektin adı

Ünvanı

Obyekt haqqında

Torpaq haqqında

Sahəsi

(kv. metr)

Qiyməti

(manat)

Sahəsi

(kv.metr)

Qiyməti

(manat)

Bərgüşad kənd Mədəniyyət evi

Ucar rayonu, Bərgüşad kəndi

310

6500

477,2

1000

Alıcqışlaq kənd klubu

Xaçmaz rayonu, Alıcqışlaq kəndi

260,7

4250

296,0

750

Mollaburhan kənd klubu

Xaçmaz rayonu, Mollaburhan kəndi

100,2

1250

 

157,5

250

Sərkərli kənd klubu

Xaçmaz rayonu, Sərkərli kəndi

66,1

500

1021,2

1750

 

Yuxarı Aran qəsəbə Mədəniyyət evi

Beyləqan rayonu, Yuxarı Aran qəsəbəsi

754,4

15000

3483,0

5000

Milabad qəsəbə Mədəniyyət evi

Beyləqan rayonu, Milabad qəsəbəsi

929,8

16000

2948,0

5000

Şənlik kənd klubu

Ağcabədi rayonu, Şənlik kəndi

611,9

20000

5737,9

10000

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin ötən ilin iyulun 20-də imzaladığı sərəncama əsasən, Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini təyin edilib.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikası Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Mədəniyyət nazirinin birinci müavini Anar Kərimova verilib.


Mənbə Yeniavaz.com

0.017390012741089