Azərbaycanlı biznesmen Kərim Babayevin ticarət mərkəzlərinə ordu yeridildi - 15 hektar ərazi nəzarətə götürüldü - VİDEO

Azərbaycanlı biznesmen Kərim Babayevin ticarət mərkəzlərinə ordu yeridildi - 15 hektar ərazi nəzarətə götürüldü - VİDEO
 

Azərbaycanlı biznesmen Kərim Babayevin Rostov vilayətinin Aksai rayonunda yerləşən ticarət mərkəzlərində Rusiya xüsusi xidmət orqanları əməliyyata başlayıb.

Paralel.az 
“kommersant”a istinadla xəbər verir ki, əməliyyatın Kərim Babayevin 20 il əvvəl qurduğu cinayətkar cəmiyyətdə iştirak etməkdə şübhəli bilinən Aksai rayon administrasiyasının rəhbəri Vitali Borzenkoya qarşı bu yaxınlarda açılan cinayət işi ilə əlaqədardır. Təxminən 3 min 500 hərbçi, polis, FTX işçisinin 15 hektar ərazini mühasirəyə alaraq yoxlamalara başlayıb. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları pərakəndə satış məkanının qanunvericiliyinə uyğunluğunu, ticarət fəaliyyətinin qanuniliyini, habelə narkotik, silah ticarəti və sair məsələləri araşdırır.

Xüsusi əməliyyat “Atlant”, “Classic”, “Almaz” və tərəvəz bazarlarında baş tutub. Verilən məlumata görə, bazarların ərazisindən çıxmaq istəyən sürücülər yoxlanılıb və bazarlara girmək istəyən şəxslər dayandırılıb.

Qeyd edək ki, Kərim Babayev oğulları Vadim və Eduard Babayevlər, iş adamı İvan Sitko və Aksai rayon administrasiyasının rəhbəri Vitali Borzenko saxlanılıb. Kərim Babayevin isə ölkədən qaçdığı və hazırda axtarışda olduğu bildirilib.

 

0.02846884727478