Deputat Ağalar Vəliyevin anasının məzarından 2500 manatlıq çələng oğurlandı

Deputat Ağalar Vəliyevin anasının məzarından 2500 manatlıq çələng oğurlandı
 

Deputat Ağalar Vəliyevin anasının məzarı üzərindən çələng oğurlanıb.

Paralel.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı millət vəkilinin ailə üzvləri polisə müraciət edərək məlumat veriblər.

A.Vəliyevin ötən ilin sentyabr ayında vəfat edən və Yasamal qəbiristanlığında dəfn edilən anası Qaragöz xanımın məzarı üzərindən 2500 manat dəyərində çələng və güllər oğurlanıb.

Faktla bağlı Yasamal RPİ-də araşdırma aparılır.

0.013158082962036