"AZƏRİŞIQ" ASC-dən bayram günlərində sahibkarla qurulan tor - Şikayət
Bayram günləri olanda bir çox xidmət qurumlardan belə bir söz eşidirik; Bayram günlərində Azərişıq gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Özlərinin də dediyi kimi, gücləndirilmiş iş rejimi deyəndə əhalinin fasiləsiz enerji ilə təminatından söhbət gedir. Doğrudur, əhalinin fasiləsiz enerji ilə təminatda problem olmasa da, sahibkarlıq subyektlərində bu məsələ bir qədər fərqlidir.
Sahibkarlar deyir ki, uzun illərdir ki, "AZƏRİŞIQ" idarələri bayram günlərində sahibkarların fasiləsiz enerji ilə təminatı üçün əvvəlcədən "bayrampayı" almalıdırlar ki, onlar bayramda işıq yandıra bilsinlər. Sonra onlar bütün dövlət müəssələrinin bayramla bağlı işləmədiyi üçün heç yere müraciət edə bilməsinlər. Təbii ki, elektrik enerjisinin olmaması sahibkarlara böyük ziyan vurulması ilə nəticələnir. Üstəlik, bu sahibkarlıq subyektlərinin istixanaları fəaliyyət göstərirsə. İstilik sisteminin bir neçə saat olmaması sahibkara bəzən yüzminlərlə manat miqdarında ziyan vurulması deməkdir.
"AZƏRİŞIQ" rəhbərliyi dəyişəndən sonra ümid edirdik ki, bu cür neqativ hallar aradan qaldırılacaq. Lakin rəhbərlik dəyişsə də,görünür hələ də köhnə "qulaqkəsdi" usulundan istifadə edən bəzi rəhbər şəxslər hələ də Prezident İlham Əliyevin ölkədə apardığı islahatlarla barışmaq istəmir, köhnə qaydada fəaliyyətini davam etdirməyə çalışır.
Redaksitamıza daxil olan bir şikayətə görə, Şamaxı şosesi, 18 km (At Yalı) ünvanda yerləşən "KLASSİK-Aİ" MMM-ə, VÖEN:140029121, Abonent kodu:31001504568 məxsus ərazidə artıq üçüncü gündür ki, elektrik enerjisi kəsilmişdir.
Müəssənin rəhbərliyi bildirib ki, əvvələr də belə halların olması nəticəsində müəssisəyə xeyli ziyan dəyib. İşığın qəsdən söndürülməsi, sahibkardan "ənam" alınması müqabilində bayram günləri işığın verilməsi birinci hal deyil. Müəssisə rəhbərliyi deyib ki, dəfələrlə Azerenerjinin qaynar xəttinə və digər qurumlara müraciət edilsə də, heç bir nəticəsi olmayıb. Lakin bağlanmış müqaviləyə əsasən elektrik enerjinin fasiləsiz verilməsinə görə məsuliyyət nəzərdə tutulub. Müqavilə şərtlərini nəzərə alaraq, müraciətə baxılması və elektrik enerjisinin tez bir zamanda bərpa edilməsi üçün sahibkar bizdən də kömək isdəyir.
Sahibkar bildirib ki, bu cür hallarla bayram günlərində sahibkarların əksəriyyəti qarşılaşır, bir çox hallarda isə onlar həmin "AZƏRİŞIQ" işçilərinin tələblərinə boyun əymək məcburiyyətində qalırlar.
İnanmaq isdəyirik ki, "AZƏRİŞIQ"ın yeni rəhbərliyi idarədə olan bu köhnə "adət-ənənəni" ləğv edib, sahibkarların yanında öz sağlam imicini bərpa edəcəkdir.