"Azəristiliktəchizat" ASC əhalini normal istiliklə niyə təmin etmir?
"Azəristiliktəchizat" ASC əhalini normal istiliklə niyə təmin etmir?
"Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri Yaşar Həsənov hər il qış fəslinin yaxınlaşdığı ərəfədə Bakı şəhərinin qış mənim mövsümünə hazır olması barədə dövlətə və ictimaiyyətə yalan informasiya verməyə vərdiş edib.
Əhalinin çünki çoxsaylı şikayətlərini araşdırarkan məlum olur ki, uzun illər "Azəristiliktəchizat” ASC-də müavin və hazırda da sədr vəzifəsində çalışan Yaşar Həsənov təşkilatın "2019-2020-ci illər istilik mövsümünə hazırlıq tədbirləri haqqında "Azəristiliktəchizat" ASC-də 2019-2020-ci illr istilik mövsümünə hazırlıqla bağlı" təşkil olunmuş müşavirədə dediklərinin əksəriyyəti yalandan başqa bir şey deyil. Guya, müşavirədə qış mövsümünə hazırlıq tədbirlərinin icrası ilə bağlı işlərin gedişatı müzakirə edilmiş, nəzərdə tutulmuş tədbirlərin, xüsusilə magistral və məhəllədaxili istilik xətlərində təmir işlərinin qısa müddət ərzində başa çatdırılmasının zəruriliyi müvafiq xidmət rəhbərlərinin diqqətinə çatdırıldığı bildirilib.
Müşavirədə sədr müavini Ilham Mirzəyev qeyd edib: "2019-2020-ci illərin payız-qış mövsümündə istehlakçıların dayanıqlı və etibarlı istilik təchizatının təmin edilməsi məqsədi ilə tərtib edilmiş tədbirlər proqramına uyğun olaraq, Bakı şəhərində 15 noyabr tarixindən başlayaraq, mövsüm ərzində Cəmiyyətə məxsus 550 qazanxana istismar edilməklə 3850 yaşayış binası, o cümlədən 180,0 mindən artıq mənzil, 290 məktəb, 150 uşaq bağçası, 160 səhiyyə müəssisəsi və 1600-ə yaxın digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur. Hazırda mövsümə hazırlıqla bağlı tədbirlərin icrası davam etdirilməkdədir".
ASC-nin sədri Y. Həsənovun müavini cənab I. Mirzəyevdən soruşuruq ki, əgər dedikləriniz doğrudursa, bəs, Yasamal rayonundakı N. Hikmət küçəsi 26/76 ünvanda yerləşən 4 binaya nə üçün normal istilik verilmir? Siz nə vaxta qədər ölkə prezidentini, ictimaiyyəti yalan məlumatlarla aldadıb, əhaliyə normal istilik verməkdən yayınacaqsınız, cənab Yaşar Həsənov?! Əgər Bakı şəhərinin mərkəzini qışın soyuğunda normal istiliklə təmin edə bilmirsinizsə, o zaman hesabat verin, ASC-yə ayrılan külli miqdarda pul vəsaitini hara və nəyə xərcləmisiniz?!
Təbii olaraq, rüşvətxorluq və korrupsiyanın dərin izi fəaliyyətinizdə çox aydın görünür, müşavirədə saydığınız tədbirlərin həyata keçirilməsinə sərf etdiyiniz dövlət pulunun prokurorluq orqanlar tərəfindən yoxlanılması normal istiliklə təmin olunmayan vətəndaşların gündəliyində olduğunu unutmayın və təcili tədbir görün!
Biz şikayətçilərin xəbərdarlığını çatdırdıq, indi növbə ASC rəhbərliyinindir!
P. S. Qarşı tərəfin mövqeyini bidirmək haqqı var.