Bu yay çimərlik geyimində FOTOları ilə gündəmə gələnlər

 

Bu yay da şou-biznes nümayəndələri istirahətlərindən bol-bol fotolar yayımlayıblar. 

"Paralel.az"  xəbər verir ki, onların bəzisi isə çimərlik geyimində obyektiv qarşısına keçib və həmin şəkilləri instaqram izləyiciləri ilə bölüşüb. 

Xalq artisti Tünzalə Ağayeva cəsarətli fotoları ilə izləyicilərini təəccübləndirməyə davam edib. Bodrumdakı evində dincələn müğənni çimərlik geyimində şəkillərini də sosial şəbəkədə yayımlayıb.

Xalq artisti Röya Ayxan isə klip çəkilişi üçün çimərlik geyimində obyektiv qarşısına keçib.

Müğənnilər Nigar Camal hər ilki ənənəsinə sadiq qalıb və çimərlik geyimində şəkillər yayımlayıb. Tək fərq isə onun bu dəfə qırmızı yox, başqa rəngdə geyimdən istifadə etməsi olub.

Müğənni Səmra Rəhimli də izləyiciləri üçün bol-bol çimərlik fotolarını paylaşıb.

Müğənni Dilarə Kazımova və aktrisa Pərvin Abıyeva da ənənəsinə sadiq qalaraq bu yay çimərlik geyimində fotolarını bölüşüblər.

Rəqqasə Rəna Ağamuradova da digər şou əhlindən geri qalmayaraq fotosunu instaqram hesabında yayımlayıb.

Məqaləyə dair fotomateriallar:

 
 
0.17864203453064