Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Dünya yarımkeçiricilər bazarının həcmi 500 milyard dollara çatıb

  18
23:00 16-04-2019
Şriftin ölçüsünü dəyiş  

"Gartner" analitik şirkəti tədqiqat apararaq 2018-ci ildə dünya yarımkeçirici məhsullar bazarının həcminin pul ifadəsində 12,5 faiz artmasını açıqlayıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, ötən ilin yekunları üzrə müvafiq sahədə gəlirlər 474,6 milyard dollara çatıb. Müqayisə üçün qeyd edək ki, bir il əvvəl bazarın həcmi 421,7 milyard dollara yaxın qiymətləndirilib.

Ən böyük yarımkeçirici məhsul tədarükçüsü qismində 73,6 milyard dollar məbləğində mədaxilə və 15,5 faiz paya sahib Cənubi Koreyanın "Samsung" şirkəti çıxış edir.

İkinci yerdə ötən il 66,3 milyard dollarlıq yarımkeçirici məhsul tədarük etməklə qlobal sahə üzrə 14,0 faiz paya sahib çıxan "Intel" şirkəti qərarlaşıb.

İlk üçlüyü 36,2 milyard dollarlıq mədaxilə malik olmaqla dünya yarımkeçirici məhsullar bazarının 7,6 faizinə nəzarət edən "SK Hynix" şirkəti tamamlayıb.

Bundan başqa, ilk onluğa "Micron Technology", "Broadcom", "Qualcomm", "Texas Instruments", "ST Microelectronics", "Western Digital" və "NXP Semiconductors" şirkətləri daxildir. Onlar pul ifadəsində qlobal yarımkeçirici məhsullar bazarının 58,8 faizinə nəzarət edirlər.

Beləliklə, 2019-cu ildə sahənin simvolik 500 milyard dollarlıq səviyyəni geridə qoyacağı gözlənilir.

 


Yazarlar

Top.Mail.Ru
HotLog