Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Alimdən vulkan xəbərdarlığı

  82
22:00 16-04-2019
Şriftin ölçüsünü dəyiş  

“Bu il Azərbaycanda biri güclü olmaqla üç vulkan püskürməsi ehtimal olunur”. Modern.az xəbər verir ki, bunu “Report”a AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.

 

O bildirib ki, vulkanların püskürəcəyi ərazi Abşeron yarımdası və Ələt zonasını əhatə edəcək: “Bu il Abşeron rayonunda Bozdağ-Qobu, Ələt zonasında Bahar və Qobustanda da Şıxzahırlı vulkanlarının püskürəcəyini ehtimal edirəm. Həmin vulkanların bu ilin sonuna qədər püskürəcəyi gözlənilir. Bunların arasında Bozdağ-Qobu vulkanı güclü püskürür. Azərbaycanda mövcud olan vulkanların hamısının ayrıca fəaliyyət xüsusiyyəti var. Elə vulkanlar var ki, 10, 20 və ya 30 ildən bir il püskürür. Vulkanların püskürməsində standart zaman müddəti yoxdur”.


Yazarlar

Top.Mail.Ru
HotLog