Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Deputat şikayətləri dinlədi

  13
15:40 16-04-2019
Şriftin ölçüsünü dəyiş  

Deputat Naqif Həmzəyev təmsil etdiyi dairədə yaşayan seçiciləri ilə növbəti görüşünü keçirib.

 

Mütəmadi olaraq YAP Gəncə şəhər təşkilatında yerləşən ofisində seçiciləri ilə görüşən, onların arzu və təklifləri, problemləri ilə maraqlanan millət vəkili bu dəfə də vətəndaşları ayrı-ayrılıqda qəbul edib.

 

Qəbulda qaldırılan məsələlər barədə deputat seçicilərlə müzakirələr aparıb, ona unvanlanan müraciət və təklifləri səbrlə, təmkinlə, qayğı ilə dinləyib. Xüsusi ilə sosial yönümlü və məşğulluqla bağlı məsələlər, məişət problemləri müzakirə mövzusu olub.

 

Müraciətlərə həssaslıqla yanaşan millət vəkili mövcud problemlər barədə əlaqədar qurumlarla daimi əməkdaşlıq sayəsində bir çox problemlərin həll edildiyini vətəndaşların diqqətinə çatdırıb. Seçicilər də öz növbəsində dəstəyə, onlara göstərdiyi köməkliyə görə millət vəkili Naqif Həmzəyevə təşəkkürlərini bildiriblər

 

Görüşdə məşğulluq, sosial və tibbi yardımlarla bağlı müraciətlər nəzarətə götürülüb, operativ şəkildə araşdırılaraq, qanunvericiliyə uyğun həll edilməsi üçün aidiyyatı qrumlarla əlaqə yaradılıb. Əksər məsələlər yerindəcə həllini tapıb.

 


Yazarlar

Top.Mail.Ru
HotLog