Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Bakıda qardaş iki bacısını bıçaqladı, biri öldü

  11
08:30 16-04-2019
Şriftin ölçüsünü dəyiş  

Xəzər rayonunda qətl hadisəsi baş verib.

Modern.az ONA-ya istinadən xəbər verir ki, gecə saatlarında Buzovna qəsəbəsi, Nəriman Əliyev küçəsində yaşayan 1976-ci il təvəllüdlü Əlimanov Muxtar Şirbala oğlu sərxoş halda bacıları ilə mübahisə edib.

Mübahisə zamanı M.Əlimanov əvvəlcə bacısı 1964-cü il təvəllüdlü Əlimanova Səadət Şirbala qızına çoxsaylı bıçaq zərbəsi vurub. S.Əlimanova hadisə yerində ölüb.

Daha sonra o, digər bacısı 1962-ci il təvəllüdlü Əlimanova Məlahət Şirbala qızına bir neçə bıçaq zərbəsi vurub.

Yaralı ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağırdır.

Hadisə yerinə Xəzər rayon Polis İdarəsi və 2-ci Polis Şöbəsinin əməkdaşları cəlb edilib. M.Əlimanov saxlanılıb.

Məlumata görə, M.Əlimanov əvvəllər Cinayət məccəlləsinin 120-ci maddəsi ilə məhkum olunub.

 


Yazarlar

Top.Mail.Ru
HotLog