Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Valideyn zorakılığı azyaşlını xəstəxanalıq etdi

  16
23:25 15-04-2019
Şriftin ölçüsünü dəyiş  

Bakının 158 nömrəli tam orta məktəbinin şagirdi döyülərək xəsarət alıb.

Məktəbdən Paralel.az-a verilən məlumata görə, bir nəfər ibtidai sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) 15 aprel 2019-cu ildə müəllimə müraciət edərək ayaqlarının ağrıdığını bildirib.

Şagirdin bədəninə baxış keçirilən zaman müəyyən edilib ki, onun hər iki ayağının yuxarı nahiyəsində çoxsaylı göyərmələr var. Uşaqla aidiyyəti şəxslərin iştirakı ilə söhbət aparılıb. Uşaq bildirib ki, evdə atası tərəfindən döyülüb və bu səbəbdən xəsarətlər alıb.

Uşağın müayinəsi məqsədilə təcili-tibbi yardıma müraciət olunub və azyaşlı xəstəxanada həkim nəzarətindən keçirilib.

Operativ olaraq faktın araşdırılması və zəruri qanuni tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına və Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya  müraciət olunub.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma aparılır.


Yazarlar

Top.Mail.Ru
HotLog