Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycan iqtisadiyyatına 250 mld. dollar sərmayə yatırılıb

  13
19:45 15-04-2019
Şriftin ölçüsünü dəyiş  

AHİK-in nümayəndə heyəti Ümumhəmkarlar İttifaqları Konfederasiyasının (ÜHİK) tədbirində iştirak edib

 Moskvada Əmək Sarayında Ümumhəmkarlar İttifaqları Konfederasiyasının (ÜHİK) prezidenti, Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri Mixail Şmakovun sədrliyi ilə Ümumhəmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib.

ÜHİK-in İcraiyyə Komitəsi bu qurumun Şurasının iclasının gündəliyini, iş qaydasını, redaksiya komissiyasının tərkibini, eləcə də hazırlanmış sənədlərin layihələrini nəzərdən keçirib. Müzakirədən sonra onların Şuranın iclasına təqdim edilməsi üçün qərar qəbul olunub.

ÜHİK-in Baş katibinin müavini Albert Potapov “ÜHİK-ə üzv təşkilatların fəaliyyət göstərdiyi müstəqil ölkələrdə BƏT-in konvensiyalarının ratifikasiyası və uyğunluğu haqqında” çıxış edib. Çıxışa münasibət bildirən İcraiyyə Komitəsi təsdiq edib ki, ötən il müstəqil dövlətlərin həmkarlar ittifaqları birlikləri ÜHİK-in siyahısına daxil olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) 11 konvensiyasının və digər beynəlxalq əmək normalarının ratifikasiyası üçün əhəmiyyətli iş görüblər.

Həmkarlar ittifaqları hakimiyyət orqanlarına və biznes strukturlarına təsir göstərən bütün kanallardan istifadə edərək ratifikasiya prosesində müsbət dəyişikliklərə nail olublar. İclasda həmçinin məşğulluğun təşviqi və işsizlikdən qorunma haqqında 168 saylı konvensiyanın region ölkələrinin heç birində ratifikasiya olunmadığı narahatlıq hissi ilə qeyd edilib.

2018-ci ilin iyun ayında Beynəlxalq Əmək Konfransının 107-ci sessiyasına təqdim olunmuş BƏT-in Konvensiya və Tövsiyələrin Tətbiqi üzrə Ekspert Komitəsinin son hesabatında region ölkələrində konvensiyaların çox sayda pozuntularının olduğu deyilib. İcraiyyə Komitəsi müstəqil dövlətlərin həmkarlar ittifaqları birliklərini öz ölkələrində BƏT-in ən vacib konvensiyalarının ratifikasiyasına və onların milli əmək qanunvericiliyində vaxtında və tam şəkildə  tətbiqinə (implementasiya) nail olmağa çağırıb.

İcraiyyə Komitəsi 28 Aprel-Ümumdünya Əməyin Mühafizəsi Günü, Beynəlxalq Əmək Təşkilatının 100 illiyi və 1 May- Zəhmətkeşlərin Beynəlxalq Həmrəyliyi Günü ilə bağlı ÜHİK-in müraciətlərini təsdiq edib.

ÜHİK və “Müstəqil dövlətlərin  veteranlarının (təqaüd-çülərinin) ictimai təşkilatları birliyi” Beynəlxalq İttifaqının Əlaqələndirmə Şurası Böyük Vətən müharibəsində Qələbənin 74-cü ildönümü ilə əlaqədar 9 may bayramının qeyd olunması barədə həmkarlar ittifaqları və veteran təşkilatlarına müraciət etmək qərarına gəlib.

Aprelin 12-də ÜHİK-in Şurasının iclası keçirilib.  2018-ci ilin dekabrında ÜHİK-ə qoşulan Özbəkistan Həmkarlar İttifaqları Federasiyası tərəfindən namizədliyi irəli sürülən nümayəndələr də daxil olmaqla, yenidən Şura üzvlərinin səlahiyyətləri təsdiq edilib. Şurada həmçinin Qazaxıstan Əmək Konfederasiyası Həmkarlar İttifaqları Birliyinin ÜHİK-ə üzv olmaq barədə ərizəsinə baxılıb və müsbət rəy verilib.

Şuranın iclasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar Möhbalıyev “Zamanın qlobal çağırışları şəraitində müstəqil dövlətlərin sosial-iqtisadi vəziyyəti” mövzusunda çıxış edib.

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar Möhbalıyev iclas iştirakçılarına məlumat verərək bildirib ki, Azərbaycan Respublikasında həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası, balanslaşdırılmış sosial-iqtisadi siyasət iqtisadiyyatın inkişafına, makroiqtisadi stabilliyin və maliyyə dayanıqlığının qorunmasına, Azərbaycan xalqının maraqlarını əks etdirən sosial inkişafa yönəldilib. Neft gəlirlərinin düzgün bölüşdürülməsi, iqtisadiyyatın qeyri-neft sektorunun inkişaf etdirilməsi, neft faktorundan asılılığın azaldılması və son 15 ildə qəbul edilmiş, zamanın çağırışlarına cavab verən digər qərarlar ölkənin postneft inkişaf dövrünə sürətli keçidinə imkan yaratmış, şok effektə yol vermədən həyata keçirilmiş səlis iqtisadi islahatlar ardıcıl iqtisadi inkişafa, stabil əmək bazarına və əhalinin sosial müdafiəsi sahəsində vaxtında həyata keçirilən islahatlara yol açır.

2018-ci ildə dərin iqtisadi islahatların aparılması davam etdirilib, yeni sənaye istehsalatları yaradılıb və inkişaf etdirilib, xüsusən də qeyri-neft sahələrində iqtisadi sferanın şəffaflığı təmin edilib.

Azərbaycan Respublikası Statistika Komitəsinin məlumatlarına əsasən, 2018-ci ildə ümumdaxili məhsul istehsalı 2017-ci ilə nisbətən 1,4 faiz artıb. Adambaşına düşən ÜDM 4780,1 ABŞ dolları təşkil edib. Qeyri-neft sektorunda 2017-ci ilə nisbətən 1,8 faiz, neft sektorunda isə 0,6 faiz çox məhsul istehsal edilib. İl ərzində inflyasiya 2,3% təşkil edib. Azəbaycan iqtisadiyyatı son 15 ildə dünya miqyasında rekord templərlə, yəni 3,3 dəfə, sənaye istehsalı 2,6 dəfə, ixrac 4,7 dəfə, valyuta ehtiyatları 24 dəfə arıb. Azərbaycan iqtisadiyyatına 250 mld. dollar sərmayə yatırılıb. Həyata keçirilmiş köklü islahatlar nəticəsində sərmayə mühitinin yaxşılaşdırılması sahəsində ümumdünya bankının son məruzəsində Azərbaycan əvvəlki ildə tutduğu 39-cu pillədən 2018-ci ildə 25-ci pilləyə yüksəlib. 2018-ci il Azərbaycan üçün bir sıra iri iqtisadi layihələrin, o cümlədən “Cənub Qaz Dəhlizi” transmilli layihəsinin başa çatdırılması, “Şahdəniz-2”, “TANAP” layihələrinin uğurla həyata keçirilməsi, “Azərispeys-2” peykinin orbitə çıxarılması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Sumqayıt şəhərində polipropilen zavodunun istifadəyə verilməsi ilə əlamətdar olubdur.

AHİK sədri daha sonra bildirib ki, iqtisadiyyatda islahatların həyata keçirilməsi ilə yanaşı, əmək bazarında və sosial sferada bir sıra islahatların aparılması da davam etdirilib. 2018-ci ildə həmçinin sosial tərəfdaşların məşğulluq, əmək bazarının və insan resurslarının inkişaf etdirilməsi sahəsində məqsədyönlü və qarşılıqlı əlaqələndirilmiş şəkildə əməkdaşlığı uğurla davam etdirilib. 2019-2030-cu illər üçün məşğulluq strategiyası qəbul edilib və onun həyata keçirilməsi üçün tədbirlər planı işlənib hazırlanıb.

S.Möhbalıyev çıxışında məşğulluq problemlərinin həlli sahəsində regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını xüsusilə qeyd edib. Deyib ki, ötən il respublikada artıq üç belə proqramın həyata keçirilməsinə yekun vurulub. Bu proqramların tərkib hissəsi yeni iş yerlərinin yaradılması idi. 2018-ci ildə 238,9 yeni iş yerləri açılıb ki, onlardan 127,4 mini daimi xarakter daşıyır. Biznesə dəstək dövlət siyasəti, biznes mühitinin yaxşılaşdırılmasına yönəldilmiş güzəşt tədbirləri uzunmüddətli perspektivdə məşğulluğun təmin edilmə imkanlarını genişləndirib. Bu gün respublikamızda işsizlik səviyyəsi 5 faiz təşkil edir.

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar Möhbalıyev vurğulayıb ki ,həmkarlar ittifaqlarının fəal iştirakı ilə milli qanunvericiliyin əhalinin məşğuliyyətinə aid bir sıra müddəaları yenilənib, Əmək Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilib, “Məşğulluq haqqında” yenilənmiş qanun qəbul edilib. Qeyri-formal iqtisadiyyatın azaldılması və qeyri-formal məşğulluğun aradan qaldırılması istiqamətində iş davam etdirilib. Əməkçilərin rifah halının yüksəldilməsinə və onların sosial müdafiəsinin gücləndirilməsinə yönəldilmiş tədbirlərin həyata keçirilməsi ümumiləşdirilmiş göstəricilərin artmasına da təsir edib. 2018-ci ildə əhalinin gəlirləri 9,2 faiz artıb.

 Ardı var

Tahir Abbaslı

Yazarlar

Top.Mail.Ru
HotLog