Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Səfər Mehdiyev baş katibin müavini ilə görüşdü

  13
19:20 15-04-2019
Şriftin ölçüsünü dəyiş  

Aprelin 15-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatı Baş katibinin müavini Rikardo Trevino Çapa ilə görüşüb.

 

Paralel.az xəbər verir ki, görüş bu gün Bakı şəhərində başlayan Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans (IDEC) çərçivəsində keçirilib.


Qonağı səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev ÜGT ilə Azərbaycan gömrük xidməti arasında hər zaman səmərəli əməkdaşlıq əlaqələrinin qurulduğunu deyib, əməkdaşlığın hazırkı vəziyyətindən razılığını ifadə edib.


Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən davamlı islahatlardan bəhs edən Komitə sədri, eyni zamanda, gömrük sahəsində şəffaflığın təmin olunması istiqamətində atılan addımlardanvə gömrük orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsindən söhbət açıb. Vurğulanıb ki, Azərbaycan gömrüyü bu gün dünya gömrük ailəsinin etibarlı üzvüdür.
ÜGT-nin bir sıra beynəlxalq və regional tədbirlərinə Azərbaycanın ev sahibliyi etdiyini diqqətə çatdıran Səfər Mehdiyev, eyni zamanda, Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransda  iştirakına görəqonağa təşəkkürünü bildirib.


ÜGT Baş katibinin müavini Rikardo Trevino Çapa Azərbaycana səfərindən, eləcə də Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransda iştirakından məmnunluğunu bildirib. Təmsil etdiyi təşkilatda Azərbaycan Gömrük Xidmətinin rolunun yüksək qiymətləndirildiyini vurğulayan qonaq ÜGT ilə Azərbaycan gömrüyü arasında əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə və birgə fəaliyyət nəticəsində yeni nailiyyətlərin əldə olunacağına əminliyini bildirib.


Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.


Yazarlar

Top.Mail.Ru
HotLog