Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Uşaqların döyüldüyü deyilən internatdan - Video

  20
18:10 15-04-2019
Şriftin ölçüsünü dəyiş  

Xəbər verdiyimiz kimi, kimya müəlliməsi Leyla Ucalın sosial şəbəkədə Mərdəkanda yerləşən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbi haqqında yazdıqları geniş müzakirələrə səbəb olub. Müəllimə 2017-ci ildə sözügedən müəssisədə 2 həftə dərs dediyini və bu müddət ərzində uşaqların döyüldüyünü, dərs vəsaitlərinin olmadığını, ərzaq məhsullarının direktor tərəfindən satışa çıxarıldığını qeyd edib. Daha bir neçə məqamı sadalayan L.Ucal dəfələrlə nazirliyə müraciət etsə də, şikayətinə baxılmadığını vurğulayıb.

 

Paralel.az xəbər verir ki, “Qafqazinfo”nun əməkdaşları bu gün Təhsil Nazirliyinin nümayəndəsi, De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin müdir müavini Həbib Kərimovla birlikdə sözügedən məktəbdə olub.

 

O, bildirib ki, hazırda araşdırma aparılır: "Biz də bu barədə sosial şəbəkələrdə oxuduq. Rəhbərlik məsələyə operativ reaksiya verib. Xüsusi komissiya yaradılıb. İlkin mərhələdə heç bir söz demək olmaz". 

 

H. Kərimov, həmçinin qeyd edib ki, Təhsil Nazirliyinin müvafiq idarələri tərəfindən məktəblərdə monitorinqlər aparılır:

"Monitorinqlər qəflətən baş tutur və nəticələr rəhbərliyə təqdim olunur.

Avqust ayından bu günə kimi 4 dəfə monitorinq keçirilib və müvafiq qaydada təklif və tövsiyələr verilib".

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbin direktoru Dilarə Məşədiyeva bildirib ki, məktəb 2016-cı ildən əsaslı təmir olunub, hazırda məktəbdə 224 şagird təhsil alır:

"Birnövbəlidir və uşaqlar 9 illik təhsildən sonra peşə məktəbi, konservatoriya və ya digər tam orta məktəblərə yönləndirilir. 

Davamiyyət yüksəkdir və dərslər vaxtı-vaxtında keçirilir. İldə iki dəfə məktəbdaxili imtahanlar keçirilir. Qeyd etdiyim kimi məktəbimiz 9 illik olduğundan ali məktəblərə qəbul buradan birbaşa həyata keçirilmir. Şagirdlər hər cür dərs vəsaiti ilə təmin olunub". 

***

Bu arada qeyd edək ki, Leyla Ucal məsələylə bağlı növbəti dəfə paylaşım edib. O, işlədiyi qurumların tədris mərkəzlərinə görə məsuliyyət daşımadığını bildirib:

"Müracətimi vaxtında araşdırmayan Təhsil Nazirliyi heç kimi vasitəçi salıb məndən postumu silməyimi istəməsin. İşlədiyim tədris mərkəzləri mənə görə məsuliyyət daşımır. Onlarla məni hədələmək lazım deyil". 

***

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov qeyd edib ki, "Facebook” səhifəsində 2 nömrəli ümumi orta internat məktəbi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət olaraq müəllif Təhsil Nazirliyinə dəvət edilib və qeyd olunan məsələnin təfərrüatları bu gün onun iştirakı ilə müzakirə ediləcək.


VIDEO

Yazarlar

Top.Mail.Ru
HotLog