Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Taksidə siqaret çəkənlərin işinə polis baxacaq  

  18
17:40 15-04-2019
Şriftin ölçüsünü dəyiş  

Prezident İlham Əliyev “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli və “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli fərmanlarda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Paralel.az xəbər verir ki, dəyişikliyə əsasən, fərmanın 5.27-1-ci bəndinə “Nazirliyi,” sözündən sonra “taksi minik avtomobilində tütün çəkilməsinə münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi,” sözləri əlavə edilir.

“İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2.1-ci, 2.2-ci və 2.4-cü bəndlərinə “322.0.2,” rəqəmlərindən sonra “322.0.4 (taksi minik avtomobilində tütün çəkilməsinə münasibətdə),” sözləri əlavə edilir.


Yazarlar

Top.Mail.Ru
HotLog