Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Yoldaş Qurbanov kommunistlərin zəiflədiyinə İNANMIR

  16
13:20 15-04-2019
Şriftin ölçüsünü dəyiş  

“Bu gün klassik Avropa ölkələrində - İngiltərədə, Fransada, Danimarkada, Belçikada kapitalizmin beşiyi olan Amerikada belə xalq hərəkatı, hakimiyyətə qarşı etiraz  mitinqləri göz önündədir. Məhz bu kommunistlərin apardığı mübarizənin nəticəsidir”.

 

Bunu Paralel.az-a Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov deyib.

O bildirib ki, gənclər, ziyalılar kapitalizmin iyrənc tərəflərini gördükdən sonra istismara qarşı ayağa qalxırlar.

 

R.Qurbanov hesab edir ki, dünyada kommunizm hərəkatı zəifləməyib.

 

“Komunist partiyalarının gücü zəifləməyib, əksinə təsiri daha da çoxalıb. Buna bariz nümunə olaraq,  dünya iqtisadiyyatında hakim mövqe tutan Çin Xalq Respublikasını göstərmək olar. Türkiyədə də  ilk dəfədir ki, böyük bir diyarda bələdiyyə başçısı məhz Kommunist Partiyasından seçilib. Bu orda gedən proseslərin bariz nümunəsidir”.

 

Partiya sədri bildirib ki, Azərbaycanın türk komunistləri sıx əlaqələri mövcuddur.

 

“Türkiyədə  kommunistlərin elə bir xarici dəstəyi və maliyyə mənbəyi  yoxdur. Lakin  məhz xalqın gücü Kommunist Partiyasından olan şəxsi bələdiyyə başçısı etdi. Fransada isə sarı jiletlilərin etirazı, ayağa qalxması məhz sol qüvvələrin təsiridir.

 

Burada əməkhaqqı aşağı olan, sosial təminatı zəif və hüquqları pozulmuş şəxslər iştirak edir. Dünyada kommunist mövqeyinin bu qədər aktual və əhəmiyyətli rol oynadığını nəzərə alsaq, heç bir halda partiyanın təsir gücünün zəif olduğunu deyə bilmərik”  

 

Əzizə Zeynal


Yazarlar

Top.Mail.Ru
HotLog