Top.Mail.Ru
Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Narkotiki təbliğ edən reper həbs edildi - RƏSMİ

  34
12:05 15-04-2019
Şriftin ölçüsünü dəyiş  

Sosial şəbəkələrdə bir nəfərin narkotikdən istifadənin açıq təbliğinə həsr etdiyi repin videogörüntüsü yayılıb.


Modern.az-ın məlumatına görə, məsələ ictimai rezonans doğurduğundan polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Daxili İşlər Nazirliyindən bildirlib ki, araşdırmalar nəticəsində narkotiki təbliğ edənin Sumqayıt şəhər sakini, “Ruzigar” ləqəbli reper Aydın Hüseynov olması müəyyən edilib və o, Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.
Onun üzərində aparılmış şəxsi axtarış zamanı 1,21 qram marixuana aşkar edilib.


A.Hüseynov etiraf edib ki, narkotik istifadəçisidir.


Faktla əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün şəhər məhkəməsinə göndərilib. O, Məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə  30 sutka müddətində inzibati qaydada həbs edilib.

 

 


Yazarlar

Top.Mail.Ru
HotLog